Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır.

İftar

  • Ana Səhifə
  • Vikipediya
  • İftar

İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır.

İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər.

Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, ayran, qatıq və albalı kompotu içmək vacibdir.

Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, yüksək kalorili qidalarla yükləmək düzgün deyil. Dadlı, yağlı, ədviyəli xörəkləri meyvə-tərəvəzlə əvəzləmək gərəkdir. Iftarı isti şorbalarla açmaq da mədəyə ziyandır. Daha yaxşısı qatıqlı buğda şorbasıdır. Bu şorbanı hər kəs öz zövqünə uyğun hazırlayır.

Mündəricat

Iftar süfrəsini necə hazırlamalı?

Tacikistanda İftar süfrəsi

İftar süfrəsini elə hazırlamaq gərəkdir ki, yeməkdən sonra insan rahat uyuya bilsin.

Səhər yeməyində süd, yumurta, qatıq kimi qidaları qəbul etmək orqanizmi gün ərzində lazımi maddələrlə təmin edəcək. Ramazan ayında oruc tutanlara daha çox su içmək vacibdir. Iftar süfrəsində bol-bol içdiyiniz kompot və digər meyvə şirələri susuzluq yaratdığı üçün məsləhətli deyil. Amma zamanı olduğu üçün təptəzə meyvələrlə qidalanmağınız vacibdir.

Ramazan ayında gün boyu ac qalan hər kəs iftar süfrəsində ehtiyatlı olmalıdır. Hansı qidadan başlamalı, nə qədər və necə yeməli sualını öncədən düşünmək gərəkdir. Bəzən iftar süfrəsində “qarnım doyur, gözüm doymur” deyib, nəfəsi kəsilə-kəsilə yeyənlər olur. Belələri bilməlidir ki, iftar süfrəsini doymamış tərk etmək sağlamlıq üçün əsas şərtdir. Daha çox təzə meyvələr, qoz, fındıq, badam ləpəsi, təmiz balla, meyvə quruları ilə qidalanmanız orqanizminiz üçün xeyirlidir.

Ramazan ayı boyunca oruc tutan hər kəsin orqanizmi təzələnir, saflaşır. Qan dövranı və maddələr mübadiləsində yaranmış hər hansı problem bərpa olunur.

Kəbədə iftar süfrəsi

Adi iftar süfrəsi

Hər axşam iftar vaxtında Kəbə yaxınlığında müsəlmanların oruclarını açması üçün 12 min metrdən çox süfrə açılır. Səlahiyyətlilər, hər bir iftarın təxminən 290 min dollara başa gəldiyini açıqladı. Süfrələrin uzunluğu 12 kilometri keçməsinə baxmayaraq, süfrənin qurulması və iftardan sonra yığışdırılması cəmi 15 dəqiqə çəkir. İftar verilən ərazi axşam namazının qılına bilməsi üçün dərhal yığışdırılıb, təmizlənir. Ramazan ayının əvvəlində məscidlər ətrafındakı sahələri hissələrə bölərək xeyriyyəçi kəslərin iftar verə bilməsinə imkan yarabılıb. İftar açmaq üçün verilən qidalar xurma, meyvə şirəsi, süd və keksdən ibarətdir. Təmizliyin qorunması üçün məscidlərin içərisinə xurma, qəhvə və digər yeməklərin gətirilməsi qadağan olunub. Hər gün ibadətə gələn kəslər tərəfindən istehlak edilən xurma sayının 5 milyonu, "Zəmzəm" şüşə sayının isə 2 milyonu keçdiyi təxmin edilir.

Həmçinin bax

  • Ramazan bayramı
  • Vikianbar Vikianbarda İftar ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İftar haqqında məlumat. İftar nədir? İftar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağqoyunlular dövləti

  • Fevral 27, 2026

    Antaqonist

  • Fevral 27, 2026

    Güləbird SES

  • Fevral 27, 2026

    Molla Zal

  • Fevral 25, 2026

    Provans

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst