Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu İmran İbrahim ibn Yəzid ibn Qeys ən-Nəxai (ərəb. إبراهيم النخعي‎; 670 və ya 668, Kufə – 714, Kufə) — mühəddis və fəqih. Tabiun nəslindəndir.

İbrahim ən-Nəxai

  • Ana Səhifə
  • Vikipediya
  • İbrahim ən-Nəxai

Əbu İmran İbrahim ibn Yəzid ibn Qeys ən-Nəxai (ərəb. إبراهيم النخعي‎; 670 və ya 668, Kufə – 714, Kufə) — mühəddis və fəqih. Tabiun nəslindəndir.

İbrahim ən-Nəxai
ərəb. إبراهيم النخعي‎
Doğum tarixi 670(0670) və ya 668(0668)
Doğum yeri
  • Kufə, İraq
Vəfat tarixi 714(0714) (43–46 yaşında)
Vəfat yeri
  • Kufə, İraq
Elm sahələri fiqh, hədis elmi, Şəriət
Tanınmış yetirmələri Həmmad ibn Əbu Süleyman, əl-Əməş

Bioqrafiyası

670-ci ildə Kufədə anadan olmuşdur. 658 və ya 666-cı ildə doğulduğu iddia edilir. Əslən Yəmənin Məzhic qəbiləsinin Nəxa qoluna mənsubdur. Aişə, Ənəs ibn Malik, Əlqamə, Məsruq və əl-Əsvəddən elm almışdır. Həmmad ibn Əbu Süleyman, Səmmak ibn Hərb, əl-Həkəm ibn Üteybə, İbn Əvn və əl-Əməş kimi məşhur alimlər onun tələbələrindəndir. Məşhur "əl-Müdəvvənə" əsərində, Əbu Yusif və Məhəmməd ibn əl-Həsənin əsərlərində, Əbu Nuaymın "Hilyətül-Övliya" əsərində onun bir sıra görüşlərinə yer verilmişdir. Yaşadığı dövrdə Kufədə siyasi və hərbi hərci-mərclik höküm sürmüşdür. Kufə bu dövrdə siyasi rəqiblər arasında tez-tez əl dəyişdirirdi. Belə ki, Kufəni ələ keçirən Muxtar ona vəzifə təklif etmiş, lakin Nəxai xəstəliyi bəhanə edərək bundan boyun qaçırmışdır. Əməvilərlə arası yaxşı olmamış, Əməvilərə qarşı qiyam qaldıran İbni-Əşası dəstəkləmiş, Həccaca lənət oxutdurmuşdur. Həbs edilmə əmri verilmiş, lakin onu həbs etməyə gələnlərin dostu çıxması sayəsində həbs edilməkdən qurtulmuşdur. 714-cü ilin sentyabr-oktyabr aylarında vəfat etmişdir. Cənazə namazının bir-neçə nəfərlə gizlincə qılınması onun Əməvilərlə ədavətini ömrünün axırına qədər davam etdiyini sübut edir.

Hədis elmindəki yeri

Nəxai, hədis elmində bütün alimlər tərəfindən "siqa" olaraq qəbul edilən nadir alimlərdəndir. Əməş (yaxud Mənsur) – İbrahim – Əlqamə – İbn Məsud sənədi mühaddislərə görə ən səhih isnadlardan biridir. Nəxainin rəvayət etdiyi hədislərdən bir qisminə "Kütubi-Sittə"də yer verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbrahim ən-Nəxai haqqında məlumat. İbrahim ən-Nəxai nədir? İbrahim ən-Nəxai nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Palembanq

  • Fevral 28, 2026

    Niger deltası

  • Fevral 27, 2026

    Cahangir Qəhrəmanov

  • Fevral 23, 2026

    22 yanvar

  • Fevral 21, 2026

    Atom kütləsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst