Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbayca

İbrahim Nəbioğlu

  • Ana Səhifə
  • Vikipediya
  • İbrahim Nəbioğlu

İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi, Palmalinin vitse-prezidenti (2006-2015).

İbrahim Nəbioğlu
İbrahim Nəbi oğlu Yaqubov
Doğum tarixi 24 oktyabr 1961 (64 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist, yazar, publisist

Mündəricat

Həyatı

İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlamışdır. 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını qurmuş və onun Baş direktoru vəzifəsində çalışmışdır.

1993–2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi olub. Bununla bərabər 1994-cü ildən BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq da fəaliyyət göstərmişdir.

1994–1997-ci illərdə "Avrasıya", 1997–2001-ci illərdə isə "Panorama" qəzetlərinin köşə yazarı olmuş, "Zerkalo", "Ayna", "Şərq" qəzetləri, 2017-ci ildən isə Ayna TV ilə əməkdaşlıq etmişdir.

Yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin senari müəllifi və redaktoru olmuşdur.

2003-cü ilin mart ayından Heydər Əliyevin fərmanı ilə Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsinə təyin edilmişdir.

2004-cü ildən isə paralel olaraq Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur.

2006–2015-ci illərdə Palmalidə vitse-prezident olaraq çalışmışdır. 2015–2019-cu illərdə özəl şirkətdə müşavir çalışmışdır.

1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Evlidir, 3 övladı var.

Professor Nəbi Yaqubovun oğlu.

O həmçinin İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə kitabını da Azərbaycan dilinə tərcümə edib.

Mükafatları

  • Osman Mirzəyev mükafatı
  • 22.07.2013 — Həsən bəy Zərdabi mükafatı
  • Türkiyədə İlin Jurnalisti (2003)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbrahim Nəbioğlu haqqında məlumat. İbrahim Nəbioğlu nədir? İbrahim Nəbioğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qalaboynu (Kəlbəcər)

  • Fevral 27, 2026

    Arximed

  • Fevral 24, 2026

    Yenikənd (Zəngilan)

  • Fevral 25, 2026

    İsgəndəriyyəli Appian

  • Mart 01, 2026

    Sürməli (Duzluca)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst