İbrahim Mütəfərrikə (türk. İbrahim Müteferrika; 1674 və ya 1670, Kluj-Napoka – 1745 və ya 6 fevral 1747, İstanbul) — macar əsilli osmanlı dövlət xadimi, ilk müsəlman mətbəəçisi, yazıçı, tərcüməçi, astronom və kartoqraf. Osmanlı imperiyasında mətbəə yaradaraq türkcə kitap yayımlayan ilk şəxs.
| İbrahim Mütəfərrikə | |
|---|---|
| türk. İbrahim Müteferrika | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Rumıniya |
| Vəfat tarixi | |
| Vəfat yeri | İstanbul |
| Fəaliyyəti | iqtisadçı, antropoloq, tarixçi, coğrafiyaşünas, sosioloq, şair, yazıçı |
| Əsərlərinin dili | Osmanlı türkcəsi |

Həyatı
1674 Kolojvarda doğulub. 1745-ci ildə İstanbulda vəfat edib.
Çap etdirdiyi əsərlər
İbrahim Mütəfərrikə, "Xalqların quruluşunda müdrikliyin əsasları" (Üsul əl-Hikam fi Nizam əl-Ümam).
İbrahim Mütəfərrikənin mətbəəsində cəmi 17 kitab çap edilmişdir:
- Kitab-i Lüğət-i Vankulu (Sihah Əl-Cəvhəri), 2 cilddə, 1729
- Töhfət-ül Kibar fi Əsfar əl-Bihar, 1729
- Tarix-i Səyyah, 1729
- Tarix-i Hind-i Qarbi, 1730
- Tarix-i Timur Gürgan, 1730
- Tarix-i Mısri Qədim və Misri Cədid, 1730
- Gülşən-i Xüləfa, 1730
- Grammaire Turque, 1730
- Üsul əl-Hikam fi Nizam əl-Ümam, 1732
- Fiyuzat-i Mıknatısiye, 1732
- Cahannüma, 1732
- Təqvim əl-Təvarih, 1733
- Kitabi Tarix-i Naima, 2 cilddə, 1734
- Tarix-i Rəşid, 3 cilddə, 1735
- Tarix-i Çələbizadə, 1741
- Əhval-i Qazavat dər Diyar-i Bosna, 1741
- Kitab-i Lisan əl-Əcəm əl Müsəmma bi-Fərhəng-i Şüuri, 2 cilddə, 1742
Bu kitablardan "Tarix-i Çələbizadə"nin bir çox nüsxəsi "Tarix-i Rəşid"in üçüncü və son cildinin arxasına əlavə edilərək cildlənib satıldığı üçün, bəzi mənbələrdə səhvən Mütəfərrikənin 16 kitab çap etdirdiyi qeyd olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbrahim Mütəfərrikə haqqında məlumat. İbrahim Mütəfərrikə nədir? İbrahim Mütəfərrikə nə deməkdir?