İbn Rüstə və ya Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə (ərəb. ابن رسته; bilinmir, İsfahan – 912) — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dəstə kimi tanınmışdır. Mənşəcə farsdır.
| İbn Rüstə | |
|---|---|
| ərəb. ابن رسته | |
| Doğum tarixi | bilinmir |
| Doğum yeri |
|
| Vəfat tarixi | 912 |
| Elm sahələri | coğrafiya, səyahət |
Həyatı
İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir".
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Rüstə haqqında məlumat. İbn Rüstə nədir? İbn Rüstə nə deməkdir?