Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbn Xəllikan (ərəb. ابن خلكان‎; 22 sentyabr 1211, Ərbil – 30 oktyabr 1282, Dəməşq, Məmlük dövləti) — Bərməkilər nəslinə mənsub olan XIII əsr islam alimi və tari

İbn Xəllikan

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Xəllikan

İbn Xəllikan (ərəb. ابن خلكان‎; 22 sentyabr 1211, Ərbil – 30 oktyabr 1282, Dəməşq, Məmlük dövləti) — Bərməkilər nəslinə mənsub olan XIII əsr islam alimi və tarixçisi.

İbn Xəllikan
ərəb. أحمد بن مُحمَّد بن إبراهیم بن أبي بکر بن خلِّكان الشافعي‎
Doğum tarixi 22 sentyabr 1211(1211-09-22)
Doğum yeri
  • Ərbil
Vəfat tarixi 30 oktyabr 1282(1282-10-30) (71 yaşında)
Vəfat yeri
  • Dəməşq, Məmlük dövləti
Elm sahələri fiqh, Usuliddin, Yurisdiksiya

Mündəricat

Həyatı

Şəms əd-Din Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu. Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəms əd-Din Əhmədin atası Abbas əslən tarixi Bəlx şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir.

Şəms əd-Din Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya və-d-Din Baybars əl-Bundukdari əz-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əz-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir.

Əsərləri

  • Görkəmli şəxsləri anma yazıları və öz zamanımın oğulları haqqında qeydlər (ərəb. وفيات الأعيان وأنباء أبناء الزمان‎ (latın. Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən) / ing. "Deaths of Eminent Men and History of the Sons of the Epoch" or "Ibn Khallikan's biographical dictionary" (bax: volume I in 1843, volume II in 1843, volume III in 1868, volume IV in 1871) / rus. Некрологи знатных лиц и заметки о сыновьях своего времени) əsərini müəllifin 1256-cı ildə yazmağa başladığı, 4 dekabr 1273-cü ildə bitirdiyi və 1281-ci ilə qədər əsərə əlavələr etdiyi məlumdur. Əsərin dili ərəbcədir və müəllifin dövrümüzə gəlib çatmış yeganə əsəridir. Müəllif əsəri yazarkən təxminən 170 yazılı mənbədən istifadə etmişdir. Əsərin ərəbcə olan orijinal əlyazması ümumilikdə 865 insanın bioqrafiyasını əhatə edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Xəllikan haqqında məlumat. İbn Xəllikan nədir? İbn Xəllikan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bill Qeyts

  • Fevral 24, 2026

    Xəzər Universiteti

  • Fevral 24, 2026

    Təvəkkül Hüseynov

  • Fevral 24, 2026

    Peyğəmbər

  • Fevral 27, 2026

    Reya (mifologiya)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst