Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Üçdənizlilik məfkurəsi və ya Üçdənizlilik konsepsiyası, yaxud Dənizarası torpaqlar konsepsiyası (polyakca: Międzymorze, polyakca tələffüzü: [mʲɛnd͡zɨˈmɔʐɛ], lat

Üçdənizlilik məfkurəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Üçdənizlilik məfkurəsi

Üçdənizlilik məfkurəsi və ya Üçdənizlilik konsepsiyası, yaxud Dənizarası torpaqlar konsepsiyası (polyakca: Międzymorze, polyakca tələffüzü: [mʲɛnd͡zɨˈmɔʐɛ], lat: Intermarium) – Birinci Dünya müharibəsindən sonra Yuzef Pilsudskinin Reç Pospolitanın ərazilərini birləşdirən geosiyasi planı (layihəsi).

Üçdənizlilik məfkurəsi
3DM
Międzymorze
Üçdənizliliyin 1922-ci il xəritəsi
Üçdənizliliyin 1922-ci il xəritəsi
Fəaliyyəti Konfederasiya və ya federasiya
Rəsmi dili Polyak dili

Mündəricat

MƏFKURƏNİN ORTAYA ÇIXMASI

Tarix boyu bu plan mərhələlərdən keçmiş və bəziləri qonşu dövlətlərin cəlb edilməsini nəzərdə tutmuşdur. Təklif edilən çoxmillətli qurum Baltik, Adriatik və Qara dənizlər arasında yerləşən əraziləri özündə birləşdirmək məqsədi daşıdığından bu konsepsiya “Üçdənizlilik” və ya “Üçdənizarası torpaqlar” adlandırılır.

Ümumiyyətlə, Rusiyanın iştirakı olmadan, slavyan dövlətlərinin federasiyasının və ya konfederasiyasının yaradılması planları XIX əslin vvəlindən axırına kimi aktual olub.

Böyük Litva knyazlığı (çəhrayı) və Polşa Krallığı Taxt-Tacı (qırmızı)

Birinci Dünya müharibəsindən sonra formalaşmış Üçdənizlilik məfkurəsinə əsasən, Mərkəzi və Şərqi Avropa ölkələrindən ibarət planlaşdırılan federasiyada Baltikyanı dövlətlər (Litva, Latviya, Estoniya), Finlandiya, Belarus, Ukrayna, Macarıstan, Rumıniya, Yuqoslaviya və Çexoslovakiya da yer almalı idi. Polyakca adı Międzymorze (polyakca "między" – "arasında" və "morze" – "dəniz" sözlərinin birləşməsindən olub “dənizlər arası” mənasını verir) olan plan latınca "İntermarium" kimi qeyd edilib. Bu məfkurə (konsepsiya) üzə 3 dənizin arasındakı torpaqları nəzərdə tutduğuna görə, Azərbaycanca “üçdənizlilik” kimi təcrümə olunur.

Üçdənizliliklə təklif edilən federasiya Birinci Cahan cənginə qədər süqut etmiş Reç Pospolitanın ərazilərini əhatə etməli idi (sözügedən dövlət XVI əsrin sonlarından XVIII əsrin sonlarına qədər Polşa Krallığı Taxt-Tacı ilə Böyük Litva knyazlığını birləşdirməsi nəticəsində yaranmış, sonradan isə qonşu dövlətlər tərəfindən ilhaq olunmuşdu). Üçdənizlilik məfkurəsi Pilsudskinin digər geosiyasi planı olan kimi Rusiya İmperiyasının parçalanmasını və həmin imperiyanın ərazilərini itirməsini hədəfləyən “Prometeizm” ilə əlaqələndirilir.

Polşa-Litva ittifaqı (1635)

Üçdənizlilik məfkurəsinə bəzi litvalılar bu planı yeni əldə olunmuş müstəqilliklərinə təhdid olaraq qiymətləndirib, bəzi ukraynalılar isə müstəqillik arzularına təhdid olaraq qəbul ediblər. Eyni zamanda, məfkurə Fransa tərəfindən dəstəklənsə də, əvvəl Rusiya Republikası, sonra isə SSRİ və bir çox Qərb dövlətləri ona qarşı çıxıb. Növbəti 20 ildə Pilsudskinin bu böyük layihəsi uğursuzluqla nəticələnib. Belə ki, Finlandiya istisna olmaqla (Finlandiya 1939-1940-cı illərdə SSRİ-Finlandiya müharibəsində ərazisinin bir hissəsini itirmişdir) Üçdənizlilər federasiyasına daxil edilməsi hədəflənən bütün ölkələr SSRİ və ya Üçüncü Reyx tərəfindən işğal olunub.

TARİXDƏKİ OXŞAR LAYİHƏLƏR

İttifaq planı

Vladislav II Yaqaylo

Polşa və Litva arasında əvvəl hərbi ittifaq və sonra isə birləşmə Tevton ordeni, Qızıl Orda və Böyük Moskva knyazlığı tərəfindən mövcud olan ümumi təhdidlərə qarşı birgə cavab addımı olaraq həyata keçirilmişdi. Bu ittifaq ilk dəfə 1385-ci ildə Krevo Birliyi ilə birlikdə təsis edilmiş və Polşa kraliçası Yadviqa ilə Litvanın Gediminidlər sülaləsindən olan əvvəl Böyük knyaz olmuş, sonra isə Vladislav II Yaqaylo adı ilə Polşa kralı olmuş Yaqaylonun nikahı ilə rəsmiləşdirilib.

Daha uzunmüddətli federasiya 1569-cu ildə Reç Pospolitanın yaradılması ilə meydana gəlmiş və 1795-ci ilə qədər, yəni onun üçüncü dəfə bölüşdürülməsi ilə başa çatıb. Beləliklə, Polşa-Litva ittifaqı ümumilikdə 410 il davam etmiş və Avropada ən böyük dövlət olmuşdur.

Reç Pospolitanın fəaliyyət göstərdiyi dövrdə Polşa–Litva–Moskva və ya Polşa–Litva–Rusin ittifaqının qurulması təklifləri irəli sürülmüş, hətta Reç Pospolita müəyyən müddət Rusiyanın bəzi hissələrinə nəzarət etmiş və uzun müddət Rusin dövlətinin böyük hissəsini idarə etmiş olsa da, bu təkliflər heç vaxt konstitusiya səviyyəsində həyata keçirilməyib.

Adəm Çartorıski planı

Adəm Yeji Çartorıski
Polşa-Litva-Rusin ittifaqının gerbi

1832-ci ilin noyabrında qalxmış üsyanla 1861-ci ilin yanvarında baş vermiş üsyan arasında Polşa-Litva krallığının yenilənmiş versiyasının dirçəldilməsi ideyası Parisdə Lambert otelində sürgün həyatı yaşayan şahzadə Adəm Yeji Çartorıski tərəfindən irəli sürülmüşdü.

1827-ci ildə tamamladığı və 1830-cu ildə nəşr etdirdiyi Essai sur la diplomatie (Diplomatiya barədə esse) adlı kitabında Çartorıski aşağıdakıları qeyd edib:

“Cənuba və Qərbə hökmranlığını genişləndirən və təbiətinə görə şərq və şimaldan əlçatmaz olan Rusiya Avropa üçün daimi təhdid mənbəyinə çevrilir”.

O, Rusiya üçün “qul əvəzinə dostlar yetişdirilməsi”nin daha faydalı olacağını iddia etmiş, Prussiya tərəfdən təhlükə ola biləcəyini qeyd edərək Şərqi Prussiyanın dirçəlmiş Polşaya birləşdirilməsi təklifini irəli sürmüşdü.

Çartorıskinin diplomatik səyləri Pilsudskinin Prometeizm layihəsini qabaqlamaqla, Polşanın və Qafqaz da daxil olmaqla Avropada işğal altında yaşamış digər xalqların azadlıq hərəkatlarına təsir göstərib.

İlk öncə Çartorıski Fransa, Böyük Britaniya və Osmanlı imperiyasının dəstəyi ilə çex, slovak, macar, rumın və gələcək Yuqoslaviyanı təşkil edəcək cənub slavyanlarından ibarət olan panslavyan Polşa-Litva Birliyinin yenidən qurulmasını təklif edirdi. Onun fikrincə, Polşa Macarıstan ilə slavyanlar arasında və Macarıstan ilə Rumıniya arasında meydana çıxan mübahisələrdə vasitəçi ola bilər.

1848-ci il inqilabları səhnəsində bu plan əlçatan görünsə də, Qərb dövlətlərinin yardım etməməsi, Macarıstanın çexlərə, slovaklara və rumınlara mənfi münasibəti və alman milliyyətçiliyinin yüksəlməsi nəticəsində baş tutmadı.

Marian Kamil Cevanovski bunları qeyd edib:

“Şahzadənin təşəbbüsü XVI əsr Yaqaylo (federativ prototip) ilə Yuzef Pilsudskinin Federativ-Prometeizm proqramı (Birinci Dünya müharibəsindən sonra tətbiqi nəzərdə tutulan) arasında mühüm əlaqəni təşkil edir”.

YUZEF PİLSUDSKİNİN LAYİHƏSİ

Yuzef Pilsudski

Yuzef Pilsudskinin strateji hədəfi Reç Pospolitanın yenilənmiş və demokratik bişimdə diriltmək və Rusiya İmperiyasını və daha sonra SSRİ-ni onların daxilindəki etnik təsisatlara parçalamaq idi (Prometeizm layihəsi). Pilsudski Üçdənizlilər federasiyasını Rusiya İmperiyasi və Almaniya imperializmini balanslaşdıran layihə kimi görürdü.

Cevanovskiyə görə, bu plan heç vaxt sistemli şəkildə həyata keçmədi və yalnız Pilsudskinin praqmatik instinktlərinə əsaslanırdı. Britaniya alimi Corc Sanforda görə, 1920-ci il Sovet-Polşa müharibəsi yaxınlaşdıqca Pilsudski bu planın mümkün olmadığını anlayırdı.

Müxalif mövqelər

Polşa-Litva ittifaqının dirçəldilməsi üzrə Yuzef Pilsudskinin ilkin planı

Təsir dairəsinə birbaşa müdaxilə olunacaq SSRİ Üçdənizliliyin həyata keçməsinə mane olmağa çalışırdı. Antanta dövlətləri isə Bolşevizmi müvəqqəti təhdid kimi gördüyündən müttəfiqləri olan Rusiyanın (Ağ hərəkatın) zəifləməsində maraqlı deyildilər. Həmin dövlətlər Pilsudskinin Ağlara yardım etməkdən imtina etməsini isti qarşılamadılar. Eyni zamanda Pilsudskinin təklifinə şübhə ilə yanaşaraq Polşanın yalnız polyakların olduğu ərazilərlə məhdudlaşmağını dəstəkləyirdilər. 1918-ci ildə müstəqillik əldə edən Litva bu plana qoşulmaqda maraqlı deyildilər. Müstəqillik əldə etməyə çalışan Ukrayna Polşanın tabeliyinə keçmək təhlükəsindən ehtiyat edib, Belarusiya Ukrayna qədər müstəqillik istəməsə belə, Polşanın həddən artıq nüfuz etməsindən ehtiyat edib. Birinci Dünya müharibəsindən sonra baş vermiş hadisələr, yəni Sovet-Polşa, Polşa-Litva, Polşa-Ukrayna müharibələri və Polşa ilə Çexslovakiya arasındakı sərhəd münaqişəsinə görə, Yuzef Pilsudskinin Üçdənizliliyi reallaşmayıb.

Polşanın özündə belə Üçdənizliliyə müxalif çıxanlar olub. Misal üçün, Milli Demokratiya lideri Roman Dmovski monoetnik Polşa yaradılmasının, azlıqların isə assimilyasiayası tərəfdarı olub. Əksər Polşa siyasətçiləri, o cümlədən Dmovski çoxmillətli federasiya ideyasına qarşı çıxıb, əvəzində vahid Polşa milli dövlətinin qurulmasına üstünlük veriblər. Həmçinin Roman Dmovski tərəfindən kürüklənən "polyakdırsa katolikdir" yanaşması ortodoks slavyanlarla katoliklər arasında ciddi etibarsızlıq toxumları əkirdir.

Corc Sanford Yuzef Pilsudskinin 1926-cı ildə hakimiyyətə geri dönməsindən sonra həyata keçirdiyi siyasətləri ölkənin Şərqi slavyan azlıqlarının polşalaşdırılması və hakimiyyətin təmərküzləşməsi kimi səciyyələndirib.

Bəzi alimlər Pilsudskinin federativ planının demokratik prinsiplər üzərində qurulduğunu qəbul etsə də, digərləri 1926-cı il hakimiyyət çevrilişindən sonra Pilsudskinin səlahiyyətlərinin diktaturaya qədər artdığına istinad edərək, bu fikrə şübhə ilə yanaşıblar. Onun bu Planı xüsusilə əksər ukraynalı tarixçilər tərəfindən mənfi qiymətləndirib, misal üçün, Oleksandr Derqaçev federasiyanın Polşanın daha böyük versiyasını yaradacağını və burada qeyri-polyakların, xüsusilə ukraynalıların maraqlarına diqqət yetirilməyəcəyini düşünüb.

Bəzi tarixçilər hesab ediblər ki, “müstəqil Polşa olmadan müstəqil Ukrayna ola bilməz” fikrini bəyan etməklə Pilsudski ukraynalıların rifahını təmin etməkdən çox Ukraynanı Rusiyadan ayırmağı hədəfləyir. O, hətta əhalisinin böyük hissəsini polyakların təşkil etdiyi (Lvov kimi şəhərlərdə daha çox polyaklar, şəhər ətraflarında isə ukraynalılar məskunlaşmışdı) Buq çayının şərqindəki mübahisəli ərazilərdə ukraynalıların öz müqəddəratını həll etməyinin qarşısını almaq məqsədilə Polşanın sərhədlərini Qalisiya və Volına qədər genişləndirmək üçün hərbi qüvvədən istifadə edib.

Polşanın gələcək sərhədlərindən bəhs edərkən Pilsudski deyib:

“Qərbdə əldə edə biləcəyimiz hər şey Antanta dövlətlərinin Almaniyanı nə qədər sıxışdırmaq istəyindən asılıdır. Şərqdə isə qapılar açılır və bağlanır və bu, kimlərin onları açacağına və nə qədər açacağına bağlıdır”.

Şərqdə hökm sürən qarışıqlıqdan istifadə edərək Polşa silahlı qüvvələri mümkün qədər genişlənmək istəsə də, Polşa Qərbin Rusiya vətəndaş müharibəsinə müdaxiləsinə qoşulmağa və ya Rusiyanı işğal etməyə maraq göstərməyib.

Uğursuzluq

Yuzef Pilsudskinin Polşa-Sovet müharibəsindən sonrakı planı

Sovet-Polşa müharibəsindən (1919–1921) sonra və Ukrayna SSR-in yaradılmasından sonra Mərkəzi və Şərqi Avropa dövlətlərinin federasiyasının yaradılmasını nəzərdə tutan Üçdənizliliyin həyata keçirilməsi imkanı qaçırılmış hesab edilib. Bununla belə, Pilsudski Baltikyanı və Balkan dövlətləri ilə federasiya və ya ittifaq yaratmaq ideyasını nəzərdən keçirib. Bu plan Polşa, Çexoslovakiya, Macarıstan, Finlandiya, Baltikyanı ölkələri, Skandinaviya, İtaliya, Rumıniya, Bolqarıstan, Yuqoslaviya və Yunanıstanı əhatə edən Mərkəzi Avropa ittifaqının yaradılmasını nəzərdə tutub. Beləliklə, Plan yalnız Baltik dənizindən Qara dənizə qədər qərb–şərq istiqamətində deyil, həmçinin Şimal Buzlu okeandan Aralıq dənizinədək şimal–cənub istiqamətində uzanan geniş bir məkanın formalaşmasını hədəfləyirdi. Lakin bu Plan uğursuzluğa düçar olub, çün, Çexoslovakiya və Litva öz növbələrində Polşaya etimad göstərməyib.

Bu ərəfədə Polşanın digər dövlətlərlə münasibətləri nisbətən yaxşı olsa da, həmin dövlətlərin öz qonşuları ilə gərginlikləri Mərkəzi Avropada qarşılıqlı etimada əsaslanan geniş dövlətlər blokunun yaradılmasını mümkünsüz edib. Nəticədə, geniş federasiya əvəzinə sadəcə Polşa–Rumıniya ittifaqı yaradılaraq, əməkdaşlıq 1921-ci ildən etibarən həyata keçirilməyə başlanıb. Müqayisə üçün qeyd edilməlidir ki, Çexoslovakiya Fransa tərəfindən dəstəklənən Rumıniya ilə Yuqoslaviya arasında 1920–1938-ci illərdə mövcud olmuş Kiçik Antanta ittifaqı çərçivəsində daha çox uğur qazanıb.

Yozef Bekin planı

Yuzef Pilsudski 1935-ci ildə vəfat etsə də, Üçdənizliliyin xeyli məhdud versiyasını Müharibələrarası dövrdə Polşanın xarici işlər naziri və Pilsudskinin himayədarı olan Yozef Bek həyata keçirməyə cəhd göstərib. Bekin 1930-cu illərin sonlarında irəli sürdüyü “Üçüncü Avropa” – Polşa-Rumıniya-Macarıstan ittifaqı ideyası İkinci Dünya müharibəsinin başlanmasından əvvəl ciddi dəstək əldə edə bilməyib. Yozef Bekin “Üçüncü Avropa” konsepsiyasının uğur qazana bilməməsinin əsas səbəbi Almaniyanın həmin dövrdə dünyanın ikinci ən böyük iqtisadiyyatı olması və bütün Şərqi Avropanın iqtisadi baxımdan Üçüncü Reyxin təsiri altında qalması idi. İqtisadi amillərə görə, Şərqi Avropa ölkələri Varşavadan çox Berlinlə müttəfiqliyə meyl ediblər.

1932-ci il Polşa–Sovet Hücum Etməmə Paktının müddəalarına rəğmən, Mərkəzi və Şərqi Avropan ölkələrini öz aralarında bölmək məqsədilə SSRİ ilə nasist Almaniyası arasında sövdələşmə əldə olundu. Bəzi tarixçilərin fikrincə, Üçdənizlilik layihəsinə daxil olması nəzərdə tutulan dövlətlər tərəfindən, Pilsudskinin təklif etdiyi kimi, Almaniya və SSRİ-yə qarşı güclü qarşıdurma mexanizmin yaradılmaması İkinci Dünya Müharibəsi zamanı onların qaçılmaz aqibəti ilə nəticələnib.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SONRAKI DÖVR

Vladislav Sikorski

“Mərkəzi (və Şərqi) Avropa İttifaqı” ideyası – Baltik, Qara və Adriatik və ya Egey dənizləri (Dörddənizlilik) üzrə üçbucaqlı geosiyasi qurum ideyası İkinci Dünya müharibəsi dövründə Vladislav Sikorskinin mühacir Polşa hökuməti tərəfindən yenidən gündəmə gətirilib. Bu konsepsiyanın həyata keçirilməsinə doğru ilk addım kimi 1942-ci ildə Yunanıstan, Yuqoslaviya, Polşa və Çexoslovakiyanın mühacir hökumətləri arasında Yunan–Yuqoslavia və Polşa–Çexoslovakiya federasiyalarının yaradılması və gələcəkdə Macarıstan, Rumıniya, Bolqarıstan və Albaniyanın da bu İttifaqa qoşulması barədə aparılan müzakirələr qeyd edilə bilər. Lakin bu təşəbbüs nəticə verməmiş, SSRİ-nin etirazı Çexoslovakiyanın tərəddüdünə, müttəfiq dövlətlərin isə laqeyd və ya mənfi münasibətinə səbəb olmuşdur.

Həmin dövrdə Polşa Gizli (mühacirətdə olan) Hökuməti tərəfindən verilmiş bəyanatda, hər hansı dövlətin sədrliyi olmadan, Mərkəzi və Şərqi Avropa federal tipli birliyinin yaradılması zərurəti irəli sürülüb.

2011-ci il 12 may tarixində Vişeqrad qrupu ölkələri (Polşa, Çexiya, Slovakiya və Macarıstan) Polşanın sədrliyi ilə Vişeqrad Döyüş Qrupunun yaradıldığını elan edib, həmin Qrup 2016-cı ilə qədər NATO komandanlığına daxil olmayan, lakin Avropa İttifaqı qüvvələrinin tərkibində fəaliyyət göstərən hərbi birləşmə kimi formalaşıb. Bundan əlavə, 2013-cü ildən etibarən bu dörd ölkənin NATO Çevik Qüvvələri çərçivəsində birgə hərbi təlimlərə başlaması nəzərdə tutulub. Bu addım bəzi alimlər tərəfindən Mərkəzi Avropada sıx əməkdaşlığa doğru atılmış ilk mərhələ kimi qiymətləndirilib.

6 avqust 2015-ci il tarixində Polşa Prezidenti Andjey Duda öz andiçmə nitqində Üçdənizlilik məfkurəsinə əsaslanan Mərkəzi Avropa dövlətlərinin bölgəsəl ittifaqının yaradılması planlarını elan edib. 2016-cı ildə isə Üçdəniz Təşəbbüsü Xorvatiyanın Dubrovnik şəhərində özünün ilk sammitini keçirib.

Həmçinin bax

  • Üç Dəniz Təşəbbüsü
  • Avropa İttifaqı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üçdənizlilik məfkurəsi haqqında məlumat. Üçdənizlilik məfkurəsi nədir? Üçdənizlilik məfkurəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bad Bunny

  • Fevral 27, 2026

    Mil Mi-10

  • Fevral 27, 2026

    Kompüter şəbəkələri

  • Fevral 27, 2026

    Mehdili (Cəbrayıl)

  • Fevral 27, 2026

    Rotterdamlı Erazm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst