Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bad Bunny (doğum adı: Benito Antonio Martines Okasio; 10 mart 1994, Bayamon[d], Puerto Riko) — Puerto-Riko repçisi, müğənnisi və bəstəkarı. İspan dilində rep mu

Bad Bunny

  • Ana Səhifə
  • Vikipediya
  • Bad Bunny

Bad Bunny (doğum adı: Benito Antonio Martines Okasio; 10 mart 1994, Bayamon[d], Puerto Riko) — Puerto-Riko repçisi, müğənnisi və bəstəkarı. İspan dilində rep musiqisini qlobal səviyyəyə çıxaran sənətçini "Latın trepin kralı" adlandırırlar. Musiqi biliciləri onu ispan dilində rep oxuyan ən istedadlı ifaçılardan biri kimi qəbul edir.

Bad Bunny
Bed Banni 2019-cu ildə
Bed Banni 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Benito Antonio Martínez Ocasio
Doğum tarixi 10 mart 1994(1994-03-10) (31 yaş)
Doğum yeri
  • Bayamon[d], Puerto Riko, ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, restler, musiqiçi, söz yazıçısı[d], bəstəkar, müğənni
Fəaliyyət illəri 2013-cü ildən
Janrlar reggeton[d]
Səs tembri bariton
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən illəri

1994-cü il mart ayının 10-da Puerto-Rikonun Bayamon şəhərində doğulub. Uşaqlıq illəri Veqa-Baxa şəhərinin Almirante Sur məhəlləsində keçib. Atası Tito Martines yük maşını sürmüş, anası Lizauri Okasio müəllim işləyib, hazırda təqaüdçüdür. Berni və Baysael adlı iki kiçik qardaşı var. Ailə üzvləri latın musiqisinə, xüsusən salsa, merenqe və pop bəstələrinə qulaq asmağı seviblər.

Musiqi ilə bağlı ilk xatirəsi beş yaşında yaranıb. Milad bayramında ona puerto-rikolu məşhur reggeton ustası Viko Sinin (orij. "Vico C") "Aquel Que Había Muerto" albomunu bağışlayıblar. Sonralar özü Mark Entoni və Viktor Manuelə qulaq asmağa başlayıb. "Küçə uşağı olmamışam, ailəmlə evdə vaxt keçirməyi üstün tutmuşam" sözlərini deyib. Anası mömin katolik olduğundan hər həftə onu kilsəyə aparıb. On üç yaşınadək kilsə xorunda oxuyub. Xordan çıxandan sonra radioda səslənən ifaçıların, xüsusən Deddi Yanki və Ektor Lavonun musiqilərinə maraq göstərib. Səhnə adının yaranması maraqlı olub: bir dəfə onu dovşan geyimi geyinməyə məcbur ediblər, bu da onu bərk hirsləndirb.

2012-ci ildə məktəbi başa vurub. Radio aparıcısı olmaq arzusu ilə Puerto-Riko Universitetinin Aresibo şöbəsində audiovizual kommunikasiya ixtisasına yazılıb. Musiqiyə vaxt ayırmaqla bərabər, Ekono supermarketində satıcı köməkçisi və kassir kimi çörək pulu qazanıb. Sonradan musiqiyə olan həvəsi üstün gəlib, universiteti yarımçıq qoyaraq sənət yolunu seçib. Puerto-Riko musiqi aləmi barədə düşüncələrini belə ifadə edib: "Bu sahənin tanınmış sənətkarlarının çoxu paytaxt San-Xuandandır. Mən isə balaca bir bölgədən, Veqa-Baxadanam".

Şəxsi həyatı

Şəxsi münasibətləri

2017-ci ildə "Zion & Lennox" qrupunun konsertindən sonra ailəsi ilə bir restorana gedib. Burada zərgərlik ustası Qabriela Berlingeri ilə tanış olub. İlk vaxtlar iş ortağı olublar, sonradan aralarında sevgi yaranıb. Münasibətləri 2022-ci ilin axırınadək davam edib.

2023-cü ildə məşhur model və şou-biznes nümayəndəsi Kendall Cennerlə sevgili olub. Həmin ilin payızında cütlük "Gucci"nin "Valiceria" layihəsində kamera qarşısına keçib. Layihənin əsas mövzusu səyahət edən sevgililərin həyatından bəhs edib. 2024-cü ilin sentyabrında onların yolları ayrılıb və münasibətlərinə son qoyublar.

Seksual oriyentasiyası

2018-ci ilin iyul ayında Bed Banni İspaniyanın Asturiya şəhərindəki dırnaq bəzək salonunda xoşagəlməz hadisə ilə üzləşib. Salon işçiləri onun kişi olmasını əsas gətirərək xidmət göstərməkdən imtina edib. Müğənni bu məsələni sosial şəbəkədə qaldıranda insanlar ona qarşı təhqiredici şərhlər yazıb və şəxsi həyatı barədə ədəbsiz suallar verib. Yaranmış vəziyyətə görə müğənni həm paylaşımını silməli, həm də "Twitter" hesabını bağlamalı olub.

2019-cu ilin əvvəllərində Bed Banni cinsi azlıqların müdafiəsinə qalxaraq həmkarı, reggeton musiqiçisi Don Omarın ayrıseçkilik xarakterli fikirlərini kəskin şəkildə pisləyib. 2020-ci ilin fevral aylarında Cimmi Fellonun gecə şousunda çıxışı zamanı Puerto-Rikoda qətlə yetirilmiş transgender şəxs Aleksa Neqron Luçianonun ölümünə diqqət çəkib. Mediada qurbanın cinsiyyətinin səhv göstərilməsinə etiraz olaraq üzərində "Aleksaya qəsd etdilər, o kişi deyildi" yazılmış köynəkdə çıxış edib. Riki Martinin bildirdiyinə görə, Bed Banni latın əsilli azlıqların və draq mədəniyyətinin müdafiəçisi olaraq bu icmada sayılıb seçilən şəxslərdən birinə çevrilib. 2023-cü ildə "GLAAD" təşkilatı bu sahədəki fəaliyyətinə görə onu mükafatlandırıb və 34-cü "GLAAD" mərasimində Riki Martin ona "Vanguard" mükafatını verib.

Bed Banni cinsi kimliyi haqqında açıq danışıb. 2020-ci ildə "Los Angeles Times" qəzetinə verdiyi müsahibədə deyib: "İyirmi il sonra bir kişiyə meyl edib etməyəcəyimi bilmirəm. Həyatda hər şey mümkündür. Amma bu gün heteroseksualam və qadınlardan xoşum gəlir". 2022-ci ildə MTV Video Musiqi Mükafatları mərasimində "Tití Me Preguntó" mahnısını ifa edərkən səhnədə kişi rəqqasla öpüşüb.

Hüquqi məsələlər

2023-cü ilin mart ayında Bed Banninin 2011–2016-cı illərdəki keçmiş sevgilisi Karliz de la Krus müğənni və menecerə qarşı məhkəmə iddiası qaldırıb. O, 40 milyon dollar təzminat tələb edib. İddiaya görə, onun 2015-ci ildə səsləndirdiyi "Bad Bunny, baby" ifadəsi (səs yazısı) razılığı olmadan "Pa Ti" və "Dos Mil 16" mahnılarında istifadə olunub.

Diskoqrafiya

Studiya albomları

  • X 100pre (2018)
  • YHLQMDLG (2020)
  • El Último Tour Del Mundo (2020)
  • Un Verano Sin Ti (2022)
  • Nadie Sabe Lo Que Va a Pasar Mañana (2023)
  • Debí Tirar Más Fotos (2025)

Birgə studiya albomları

  • Oasis (J Balvin ilə) (2019)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bad Bunny haqqında məlumat. Bad Bunny nədir? Bad Bunny nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mərkəzi ostanı

  • Fevral 27, 2026

    Risorcimento

  • Fevral 27, 2026

    Maribor

  • Fevral 24, 2026

    Biləcik ili

  • Fevral 27, 2026

    Esterqon qalası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst