Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Üskülü Mərziyyə və ya Mərziyyə Əhmədi (1941, Üskü, Şərqi Azərbaycan ostanı – 1974, Tehran) — şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının

Üskülü Mərziyyə

  • Ana Səhifə
  • Vikipediya
  • Üskülü Mərziyyə

Üskülü Mərziyyə və ya Mərziyyə Əhmədi (1941, Üskü, Şərqi Azərbaycan ostanı – 1974, Tehran) — şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü. 1974-cü ildə SAVAK-la atışmada vəfat edib.

Mərziyyə Əhmədi
Doğum tarixi 1941
Doğum yeri Üskü
Vəfat tarixi 26 aprel 1974 (32–33 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Dəfn yeri Behişti-Zəhra
Fəaliyyəti yazıçı, partizan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Mərziyyə Əhmədi 1941-ci ildə Üskü şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib. Bütün farsca yazdığı əsərləri türkcəyə, öz ana dilində qələmə aldığı bütün əsərləri isə fars dilinə tərcümə etmişdir. 1970-ci ildə tələbələrin etiraz aksiyalarına rəhbərlik edən Mərziyyə xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Həbs edilərək Üsküyə sürgün olunur.Daha sonra bu günlər haqqında xatirələrini yazmışdır. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü olan o, 26 aprel 1974-cü ildə dəstənin iki üzvünün görüşündən xəbər tutan SAVAK məmurları haqqında məlumat alır. Yoldaşlarını xəbərdar etmək üçün görüş yerinə gedən Mərziyyə yoldaşlarını xəbərdar etsə belə gec olur. Atışma başlayır və o, SAVAK ilə silahlı toqquşmada həlak olur.

Yaxın dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti–Zəhra qəbiristanlığının 33 saylı guşəsində dəfn edilib.

Xatirəsi

Bəxtiyar Vahabzadə Üskülü Mərziyyəyə "Mərziyyə" poemasını, Mədinə Gülgün isə "Mərziyyə" adlı şeir həsr edib.

2014-cü ildə fotoqraf Azadə Əxlaqi İran tarixində baş vermiş ölüm hadisələrini öz fotoları ilə yenidən canlandırıb. O, Məhəmmədtağı xan Püsyan, Əli Şəriəti və digərləri ilə yanaşı Üskülü Mərziyyənin də ölümünü səhnələşdirib.

Həmçinin bax

  • Əşrəf Dehqani
  • Səməd Behrəngi
  • Əlirza Nabdil Oxtay

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, üskülü mərziyyə sözünün mənası, üskülü mərziyyə haqqında məlumat. üskülü mərziyyə nədir? üskülü mərziyyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fariz Yusifov

  • Fevral 23, 2026

    Tallin

  • Fevral 27, 2026

    Gərmiyanoğulları bəyliyi

  • Fevral 27, 2026

    Limfoma

  • Fevral 27, 2026

    Jan-Lük Qodar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst