Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Part

Əşrəf Dehqani

  • Ana Səhifə
  • Vikipediya
  • Əşrəf Dehqani

Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının qurucusu və rəhbəri.

Əşrəf Dehqani
fars. اشرف دهقانی‎
Doğum tarixi 1948 (77–78 yaş)
Doğum yeri Təbriz
Fəaliyyəti siyasətçi, üsyançı, partizan
ashrafdehghani.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və təhsili

Əşrəf Dehqani 1949-cu ildə fəhlə ailəsində anadan olub. O doğulanda atası savadsız bir mirab (suçu, əkin ərazilərini suvaran) idi. Buna qədər isə atası fərqli sahələrdə özünü sınamışdı, su quyuları qazıb, mağazada işləyib, tikintidə fəhləlik edib. Lakin bütün bu işlərdə əldə etdiyi qazanc ona 8 nəfərlik ailəsini saxlamaq üçün bəs etmirdi. Savadsız olmağına baxamayaraq siyasi şüura malik biri olub. 1945–1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin üzvlərindən olmuşdur. Qəddar şah rejimi Azərbaycana soxulub firqəni dağıtdıqdan sonra kütləvi qətllərə başlayanda isə firqə tərəfdarlarını öz evində gizləmiş onlara sığınacaq etmişdir. Lakin atası xəstə düşür və yataq xəstəsi olur məhz buna görə də evin yükü ailənin digər üzvlərinin üzərinə düşür. On iki yaşında, təzəcə müəllimə olmuş böyük bacısı və anası ilə başqa bölgəyə iş üçün getməyə məcbur olurlar. Böyük qardaşı Bəhruz Dehqani, onu oxumağa və düşünməyə təşviq edirdi. Mövcud şah rejiminin hakimiyyətə necə gəlməsi, ölkədə olan haqqsızlıqlar haqqında Əşrəf məktəbdə öz sinif yoldaşlarına da məlumat verməyə çalışdı. Bir dəfə müəllimi Əşrəfin öz dostuna yazdığı siyasi məzmunlu məktubunu tapır. SAVAK informatoru olan müəllimi məktubu SAVAK-a çatdırır tezliklə o, dostu ilə birgə SAVAK tərəfindən tutulur və onlara bir daha siyasətə qarışmayacaqları barədə ərizə yazdırılır.

Fəaliyyəti

Böyük qardaşı Bəhruz Dehqani daima onu oxumağa və düşünməyə təşviq edirdi. Bəhruz Dehqani həm də Səməd Behrəngi və Kazım Səadəti ilə yaxın dost idi. Hər üç şəxsin də Əşrəf Dehqaniyə böyük təsirləri olur. Səməd Behrənginin öldürülməsi yoldaşlarına çox pis təsir edir və bir müddət sonra onlar silahlı mübarizəyə qoşulmağı qərara alırlar. İlk dövrlər onlar bir traktor alıb özlərini əkinçi kimi göstərərək kəndləri gəzərək özlərinə tərəfdar toplayırdılar. Bəhruz Dehqani Amerikada təhsilini bitirib gəldikdən sonra daha aktiv fəaliyyətə başlayaraq şah rejiminə qarşı hücumlar təşkil edirlər. İlk hücumları o qədər uğurlu olmasa da, bu digərlərinin də mübarizəyə qatılmasına səbəb olur. 1971–1972–ci illər arasında SAVAK çox sayda təşkilat üzvünü tutaraq onlara işgəncələr verir, həbs edir. 1971–ci ildə həbs olunan Əşrəf Dehqani ağır işgəncələrə məruz qalır. Lakin o həbsdən qaçmağı bacarır və "İranda işgəncələr və mübarizə" kitabını yazır. Hazırda Almaniyada yaşayır və rəhbəri olduğu təşkilat da avropada fəaliyyətdədir.

Ailəsi

Tərcüməçi və yazıçı olan qardaşı Bəhruz Dehqani SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada döyülüb işgəncələrə məruz qalıb. 30 may 1971-ci ildə döyülməkdən dünyasını dəyişib.

Bacısı Kazım Səadətinin həyat yoldaşı olan Ruhəngiz Dehqani iki uşağının olmasına baxmayaraq 8 iyul 1981-ci il tarixində islam rejimi tərəfindən asılıb.

Həmçinin bax

  • Behruz Dehqani
  • Səməd Behrəngi

Xatirələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əşrəf dehqani sözünün mənası, əşrəf dehqani haqqında məlumat. əşrəf dehqani nədir? əşrəf dehqani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qrızlılar

  • Fevral 27, 2026

    BBC Scotland

  • Fevral 25, 2026

    Zəngəzur dağları

  • Fevral 27, 2026

    E.ə. 544

  • Fevral 27, 2026

    Qaneşa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst