Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məngü Timur oğlu Toğrulçanın oğludur. 1313-1341-ci illər arasında xanlıq etmişdi. Atası Toxta tərəfindən edam edilmişdi. Özbək xan Xarəzmə sürgün edilmişdi. 131

Özbək xan

  • Ana Səhifə
  • Vikipediya
  • Özbək xan

Özbək xan (1282 və ya 1283, Qızıl Orda – 1341, Saray-Batu) — Qızıl Orda dövlətinin doqquzuncu xanı.

Sultan Qiyasəddin Məhəmməd Özbək xan
Султан Мохаммед Өз-бегхаан
Mixail Yaroslaviç xanın qarşısında
Mixail Yaroslaviç xanın qarşısında
Qızıl Ordunın IX xanı
Yanvar, 1313 – 1341
ƏvvəlkiToxta
SonrakıTinibəy xan
Şəxsi məlumatlar
Doğum tarixi 1283
Doğum yeri
  • Qızıl Orda
Vəfat tarixi 1341 (57–58 yaşında)
Vəfat yeri
  • Saray-Batu
Milliyyəti Monqol
Fəaliyyəti rəhbər
Atası Toğrulça Məngü Timur oğlu
Həyat yoldaşları Bayalun
Taydula
Uşaqları
  • Tinibəy xan,
  • Canıbəy xan,
  • Abdulla xan
Ailəsi Çingizlilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məngü Timur oğlu Toğrulçanın oğludur. 1313-1341-ci illər arasında xanlıq etmişdi. Atası Toxta tərəfindən edam edilmişdi. Özbək xan Xarəzmə sürgün edilmişdi. 1313-cü ilin yanvarında xan olmuşdu. Onun müsəlman olaraq monqol qanunlarına qarşı çıxması Ağ Orda xanı İlbasan xanın ona üsyan etməsinə səbəb oldu. O beləliklə dağılmış xanlığı mərkəzləşmiş hakimiyyətə sahib sultanlığa çevirdi. Ondan sonrakı bütün xanlar müsəlman idi.

Hakimiyyəti

Xanın 300.000 əsgərdən çox ordusu var idi. 1319, 1325, 1335-ci illərdə Azərbaycana hücum etmişdi. Ona qarşı Əmir Çoban Sulduz müharibə aparırdı. 1320-1332ci illərdə Bolqarıstan və Bizansa qarşı hücumlar aparmışdı. Saray əl-Cədid şəhərini tikdirmiş və ölkədə bir çox məscidlər bina etdirmişdi. Bacısı Konçakı Moskva knyazı Yuri Daniloviç ilə evləndirmişdi. Lakin Konçakın Mixail Yaroslaviç tərəfindən öldürülməsi Özbək xanı qəzəbləndirdi. Mixailə qarşı məhkəmə işi açıldı və edam olundu.

1327-ci ilin avqustunda bu hadisələrdən sonra Rus knyazlıqları üsyana başlamışdı. Xan həmin il ona sadiq qalan Moskva knyazlığı ordusu ilə Tver knyazlığını 50.000 əsgər ilə işğal edərək darmadağın etdi. Bu hadisə Moskva knyazlığının inkişafına və gələcəkdə Rusiya imperiyasının qurulmağına səbəb oldu.

Ailəsi və ölümü

Özbək xan iki dəfə evlənmişdi. Əvvəl III Andronik Paleoloqun qızı Bayalun ilə, 1323-cü ildə isə Taydula ilə evləndi. Övladları:

  • Timurbəy - 1330-cu ildə ölmüşdü.
  • Tinibəy xan - onu əvəz etdi.
  • Canıbəy xan - onu əvəz etdi.
  • Tulunbəy
  • İrinbəy
  • Toqdabəy
  • Xızırbəy

Özbək xan 1341-ci ildə Saray əl-Cədid şəhərində öldü.

Həmçinin bax

  • Qızıl Orda

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Özbək xan haqqında məlumat. Özbək xan nədir? Özbək xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müxtəsər əl-Quduri

  • Fevral 27, 2026

    Yelabuqa

  • Fevral 27, 2026

    Tropik siklon

  • Fevral 24, 2026

    Suverenlik

  • Fevral 27, 2026

    Aristid

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst