Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.

Çətənə

  • Ana Səhifə
  • Vikipediya
  • Çətənə

Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.

Çətənə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Çətənəkimilər
Cins:
Çətənə
Beynəlxalq elmi adı
  • Cannabis L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  19108
NCBI  3482
EOL  72695

Mündəricat

Ümumi məlumat

Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir.

Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir. Toxum almaq istədikdə onu seyrək, lif almaq istədikdə isə nisbətən sıx səpirlər. Suya az tələbkarlığı olan çətənə bitkisi dağ yerlərində dəmyə, aran yerlərində suvarılma ilə becərilirdi. Çətənə bitkisi 2,5–3,5 m-ə qədər boy atır. Becərilməsinə o qədər də əmək sərf edilməyən bu bitki sentyabr ayında yetişir. Yetişmiş çətənə kökü ilə torpaqdan dartılıb çıxarılır. Çətənədən bağlanmış dərzlər bir müddət qaldıqdan sonra nisbətən quruyur. Toxum almaq istədikdə isə xırmanda dərzin başı ağacla döyülür və belə-liklə də toxumu çıxarılır. Alınmış toxum yenidən bir qədər qurudulduqdan sonra münasib qablarda saxlanılır. Çətənə bitkisinin lifini gövdədən soymaq (ayırmaq) üçün dərz suya salınır. Dərz suda bir neçə gün qaldıqdan sonra çıxarılıb bir azca qurudulur. Sonra gövdəni əl ilə soyurlar. Soyulmuş lif kobud olduğundan onu ayaq dingində döyüb yumşaldırdılar. Alınmış zərif lif əl ilə və ya xüsusi alətlərlə eşilir.

Çətəninin toxumu yağlı olduğundan ondan ərzaq məhsulu kimi istifadə edilirdi. Sacda qovurulan toxum, qovurulmuş buğdaya qatılıb çərəz (qovurğa) kimi yeyilirdi.

Çətənənin lifindən sicim, ip, palaz, çuval, tor və s. hazırlanırdı.

Dərman bitkisi kimi istifadə olunan növləri

  • Hindistan çətənəsi (lat. Cannabis indica Lam.)
  • Əkin çətənəsi (lat. Cannabis sativa L.)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çətənə haqqında məlumat. Çətənə nədir? Çətənə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Asiya

  • Fevral 27, 2026

    Gərmiyanoğulları bəyliyi

  • Fevral 27, 2026

    Sufi Xəlil

  • Fevral 27, 2026

    Nadir Abbasov

  • Fevral 27, 2026

    Siderit

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst