Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda

Çəqanə

  • Ana Səhifə
  • Vikipediya
  • Çəqanə

Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir.

Mündəricat

Tarixçə

XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur.

Söz açımı

Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir.

Quruluşu

Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir.

Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür və onun üzərində səs rezonatorları üçün oyuqlar açılır. İfaçı şişi yerə dayayaraq, aləti şaquli vəziyyətdə saxlayır və sağ əlində tutduğu kamanla səsləndirir. Alətin ümumi uzunluğu 820 mm, çanağının uzunluğu 420 mm, eni 220 mm, hündürlüyü 140 mm-dir.

Diapazonu böyük oktavanın "fa #" səsindən ikinci oktavanın "fa #" səsinə kimidir. Ansambl və orkestrlə, eləcə də solo aləti kimi istifadə edilə bilər.

Ünlü ifaçıları

  • Munis Şərifov

Həmçinin bax

  • Azərbaycan musiqisi
  • Azərbaycan mədəniyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çəqanə sözünün mənası, çəqanə haqqında məlumat. çəqanə nədir? çəqanə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Almatı

  • Mart 04, 2026

    Heydərbabaya salam

  • Mart 07, 2026

    Biləcik (Türkiyə)

  • Fevral 27, 2026

    Sol milliyətçilik

  • Fevral 27, 2026

    Boks

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst