Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016).
| Munis Şərifov | |
|---|---|
| Munis Məhəmməd İsmayıl oğlu Şərifov | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | Kamança ifaçısı |
| Musiqi aləti | Kamança |
| Mükafatları | |
Həyatı
1962-ci ildə anadan olmuşdur.
Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.
O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir.
M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir.
2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır.
O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. 19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq artisti fəxri adına layiq görülüb.
Filmoqrafiya
- Qız qalası (film, 2000)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Munis Şərifov haqqında məlumat. Munis Şərifov nədir? Munis Şərifov nə deməkdir?