Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çəpgən – lat. pallium, kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – lat. cortex cerebri ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – lat. su

Çəpgən

  • Ana Səhifə
  • Vikipediya
  • Çəpgən

Çəpgən – lat. pallium, kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – lat. cortex cerebri ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – lat. sulci cerebri vasitəsilə paylara – lat. lobi cerebri, paycıqlara – lat. lobuli cerebri və qırışıqlara – lat. gyri cerebri bölünür. Şırım və qırışıqların forması, ölçüsü və vəziyyəti çox tərəddüd edir; adətən kiçik şırımların və böyük şırım şaxələrinin vəziyyəti az sabit olur. Beyin şırımları, onların meydana çıxması vaxtına görə, üç dərəcəyə bölünür; birinci, ikinci və üçüncü dərəcəli şırımlar.

Mündəricat

Payları

Hər yarımkürə şırımlar vasitəsilə beş paya bölünür:

  1. Alın payı – lat. lobus frontalis
  2. Təpə payı – lat. lobus parietalis
  3. Ənsə payı – lat. lobus occipitalis
  4. Gicgah payı – lat. temporalis
  5. Reyl adacığı – lat. insulla (Reilli)

Şırımları

Yarımkürə paylarını bir-birindən ayıran payarası şırımlar aşağıdakılardır.

  1. Bayır şırım – lat. sulcus lateralis (fissura cerebri lateralis Sylvii – BNA) ön dəliklənmiş maddə nahiyəsində lat. fossa lateralis cerebri (Sylvii) deyilən çuxurdan başlayaraq çəpkənin bayır səthi ilə yuxarı və arxaya doğru gedir, üç şaxəyə bölünür:

a) ön şaxə – lat. ramus anterior (ramus anterior horisontalis – BNA) üfüqi istiqamətdə önə doğru gedir;
b) qalxan şaxə – lat. ramus ascendens şaquli istiqamətdə düz yuxarı qalxır;
c) dal şaxə – lat. ramus posterior bayır şırımın dal hissəsini təşkil edir. Bu şırım çəpgənin şöbəsini iki hissəyə bölərək alın payını gicgah payından ayırır.

  1. Mərkəzi (Roland) şırım – lat. sulcus centralis (Rolandi) yuxarı-bayır səthin təxminən ortasında frontal istiqamətdə yerləşərək içəridən bayır tərəfə və bir qədər önə doğru gedir; bunun içəri ucu yarımkürənin bir az içəri səthinə keçir; bayır ucu isə bayır şırıma çatır. Mərkəzi (Roland) şırım vasitəsilə alın payı təpə payından ayrılır.
  2. Təpə-ənsə şırımı – lat. sulcus parietooccipitalis (fissura paretooccipitalis – BNA) yarımkürənin içəri səthinin dal nahiyəsində yerləşərək, içəri tərəfdən təpə payını ənsə payından ayırır. Bu şırımın ardı 1-2 sm məsafədə yuxarı-bayır səthə də keçir.
  3. Köndələn ənsə şırımı – lat. sulcus occipitalis transversum təpə-ənsə şırımı səviyyəsində köndələn istiqamətdə yarımkürənin yuxarı- bayır səthində yerləşərək təpə payını ənsə payıhdan ayırır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çəpgən haqqında məlumat. Çəpgən nədir? Çəpgən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Suriyalı

  • Fevral 27, 2026

    Cəfər Bünyadzadə

  • Fevral 24, 2026

    Babilistan

  • Fevral 23, 2026

    Ərazi

  • Fevral 27, 2026

    Xalq suverenliyi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst