Çorman — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.
| Çorman | |
|---|---|
| 40°01′54″ şm. e. 46°15′42″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Kəlbəcər rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Çorman ![]() Çorman | |
Etimologiyası
Yerli əhalinin verdiyi məlumata görə, kəndi vaxtilə indiki Göygöl rayonunun Balçılı kəndindən çıxmış ailələr Corman meşəsi adlanan sahədə saldıqlarına görə meşənin adı ilə adlandırılmışdır. Oykonimin türk mənşəli orman (meşə) sözünun variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Corman emotoponimdir, cor tayfasının adını əks etdirir.
Tarixi
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Çorman kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Çorman Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Coğrafiyası
Qonqur dağının ətəyindədir.
Əhalisi
Kəndin əhalisi Türklər olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çorman (kəlbəcər) sözünün mənası, çorman (kəlbəcər) haqqında məlumat. çorman (kəlbəcər) nədir? çorman (kəlbəcər) nə deməkdir?

