Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nasosnı aviabazası — Azərbaycanın Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom.

Nasosnı aviabazası

  • Ana Səhifə
  • Vikipediya
  • Nasosnı aviabazası

Nasosnı aviabazası — Azərbaycanın Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom.

Nasosnı aviabazası
Nasosnıda MiQ-25 qırıcısı (2006)
Nasosnıda MiQ-25 qırıcısı (2006)
Xəritə

40°35′29″ şm. e. 049°33′26″ ş. u.HGYO


IATA: 8IT – ICAO: UBBI
Məlumat
Hava limanı tipi Hərbi
Ölkə  Azərbaycan
Yeri Hacı Zeynalabdin qəsəbəsi, Sumqayıt
Açılış tarixi təq. 1940
Sahibkar Azərbaycan Hərbi Hava Qüvvələri
Dəniz səviyyəsindən
hündürlüyü
−13 ft / −4 m
Saat qurşağı UTC+4/+5
Xəritə
8IT (Azərbaycan)
Nöqtə
8IT
Aviabazanın Azərbaycan xəritəsində yeri
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
17/35 8,218 2,505 Beton
Statistika
-

Mündəricat

Tarixi

Burada 1940-cı ilin aprel ayından 1941-ci ilin aprel ayınadək 25-ci qırıcı aviasiya polku yerləşirdi. Əsasən İ-15bis və İ-16 təyyarələri istifadə edilirdi.

1941-ci ilin sentyabr ayında Bakı Hava Hücumundan Müdafiə Dairəsinin 8-ci Hava Hücumundan Müdafiə Korpusunun tərkibində 015/134 kodlu İ-16 təyyarələrindən istifadə etməklə 480-ci Hava Hücumundan Müdafiə Qırıcı Alayı yaradıldı. 14 avqust — 12 oktyabr 1942-ci il tarixləri arasında alay, Bakı Hava Hücumundan Müdafiə Ordusunun 8-ci Hava Hücumundan Müdafiə Korpusunun tərkibində, LaQQ-3, İ-16 və Yak-7 təyyarələrindən istifadə etməklə aerodromdan döyüş əməliyyatları apardı. Alayın əsas vəzifəsi Bakı şəhərini və Xəzər neft hasilatı bölgəsini qorumaq idi. İkinci Dünya müharibəsindən sonra alay Bakı Hava Hücumundan Müdafiə Ordusunun 8-ci Qırıcı Korpusunun, daha sonra 1949-cu ilin fevral ayından etibarən Bakı Hava Hücumundan Müdafiə Dairəsinin 49-cu Qırıcı Korpusunun, 1954-cü ildən isə Bakı Hava Hücumundan Müdafiə Dairəsinin 49-cu Qırıcı Korpusunun tərkibində olmuşdur. 1950-ci illərin əvvəllərində alay MiQ-15 reaktiv qırıcıları ilə, 1950-ci illərin ortalarından isə MiQ-17-lər ilə yenidən təchiz edildi. 20 mart 1958-ci ildə alay aerodromda Bakı Hava Hücumundan Müdafiə Dairəsinin bir hissəsi kimi ləğv edildi.

1945-ci ildən 1992-ci ilə qədər burada 82-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Bazanın hədəfi neft buruqlarının təhlükəsizliyini təmin etmək olmuşdur. Burada vaxtı ilə aviatəmir zavodu olmuşdur (MiQ-25 qırıcıları üçün). Aviabaza 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin yurisdiksiyasına keçib.

Avia qəzalar

  • 1970-ci ilin mart ayı, 82-ci HHM qırıcı aviasiya polku. Təyyarə təmirdən sonra sınaq uçuşları zamanı sistemlərin işində nasazlıq baş vermişdir. Təyyarə Xəzər dənizinə düşmüşdür. 1944-cü il təvəllüdlü baş leytenant Petrov Anatoli Akimoviç həlak olmuşdur.
  • 1977-ci ilin yazı, 82-ci HHM qırıcı aviasiya polku. Təlim uçuşları zamanı polka məxsus MiQ-25 təyyarəsi qəzaya uğramışdır. Təyyarə dənizə düşmüş, baş leytenant Peleşenko həlak olmuşdur.
  • 1977-ci ilin payızı, 82-ci HHM qırıcı aviasiya polku. Baş leytenant Rəhimov uçuş edərkən hündürlüyü düzgün müəyyən edə bilməyib. O, 1900 metr hündürlüyü 900 metr ilə səhv salaraq uçuş rəhbərinə 1900 metr hündürlükdə olduğunu bildirib. Uçuş rəhbərindən saniyədə 20 metr şaquli sürətlə 1000 metrədək enmə əmri aldıqdan sonra "yerinə yetirirəm" cavabını verərək enməyə başlayıb, lakin yerə çırpılıb. Pilot həlak olub.
  • 18 oktyabr 1989-cu il, İl-76 təyyarəsinin qəzası. Ekipaj komandiri polkovnik Kalmıkov A. İ. olmuşdur. Ekipaj Bakıda millətlərarası zəmində baş vermiş iğtişaşların yatırılmasında iştirak edən Hava-Desant Qoşunları diviziyasının şəxsi heyətini və texnikasını daşıyırdı. Gecə vaxtı, uçuşdan 6 dəqiqə sonra 1600 metr hündürlükdə 1 saylı mühərrik sıradan çıxmış, yanmış və təxminən yarım dəqiqə sonra qopmuşdur. Mühərrikin qalıqları yanacaq çənini deşmiş, bu isə güclü yanğına səbəb olmuşdur. Ekipaj qalxdığı aerodroma qayıtmağa cəhd göstərmişdir. Yanğının sürətlə inkişafı sol qanadın dağılmasına gətirib çıxarmışdır. Təyyarə idarəetməni itirmiş və yanğının başlanmasından 11 dəqiqə sonra, uçuş-enmə zolağının ucundan 5250 metr məsafədə, 165° maqnit kursu üzrə enişə yaxınlaşma trayektoriyasında sahildən 1,5 km aralıda, Xəzər dənizinə düşmüşdür. Nəticədə ekipajın 9 üzvü və Hava-Desant Qoşunlarının 48 hərbi qulluqçusu həlak olmuşdur. Qəzanın səbəbi mühərrikdə şaftlararası podşipnikin dağılması, bunun ardınca isə yağmöhürləyici buksanın şaft səthinə sürtünməsi nəticəsində intensiv qızma və aşağı təzyiqli turbin şaftının qırılması olmuşdur.
  • 21 sentyabr 1990-cı il, gündüz saatlarında sadə meteoroloji şəraitdə MiQ-25PDS təyyarəsi ilə uçuş zamanı qəza baş vermişdir. Təyyarəni eskadrilya komandirinin müavini, 1-ci dərəcəli hərbi pilot mayor Rassaxatski A. S. idarə edirdi. Pilot uçuş tapşırığını KBP APVO İDD-86-nın 246-cı məşqi üzrə cütlük tərkibində (20 saniyə fasilə ilə) aparıcıya tabe olaraq yerinə yetirmək üçün havaya qalxmışdır. Şassi yığıldıqdan sonra 100 metr hündürlükdə "Sərf çəni, qalıq 100 litr" siqnalı işə düşmüşdür. Pilot bu barədə uçuş rəhbərinə məlumat vermiş, forsaj rejimini söndürmüş və dövrə üzrə enişə keçmişdir. DPRS traverzini keçdikdən sonra "Yanacağın vurulması yoxdur" siqnalı yanmış, bundan 27 saniyə sonra isə hər iki mühərrik dayanmışdır. Uçuş rəhbərinə məlumat verdikdən sonra pilot uğurla katapult etmişdir. Hadisənin səbəbi yanacaq sisteminin komanda təzyiqi sistemində üzən klapanın sıradan çıxması nəticəsində sərf çəninə yanacaq verilməsinin dayanması olmuşdur. Klapanın sıradan çıxma səbəbi tədqiqat üçün zəruri detalların olmaması səbəbindən müəyyən edilə bilməmişdir.

Həmçinin bax

  • Azərbaycan hava limanları siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nasosnı aviabazası haqqında məlumat. Nasosnı aviabazası nədir? Nasosnı aviabazası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    92 (ədəd)

  • Fevral 27, 2026

    Heydərabad (Pakistan)

  • Fevral 26, 2026

    E.ə. 558

  • Fevral 24, 2026

    Valensiya

  • Fevral 27, 2026

    Böyük Səhra

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst