Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çeqem rayonu (kab.-çərk. Шэджэм район / Шэджэм куей, qaraç.-balk. Чегем район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnz

Çeqem rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Çeqem rayonu

Çeqem rayonu (kab.-çərk. Шэджэм район / Шэджэм куей, qaraç.-balk. Чегем район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Çeqem şəhəridir.

Çeqem rayonu
Bayraq
Bayraq

43°34′ şm. e. 43°35′ ş. u.HGYO


Ölkə
  •  Rusiya
İnzibati mərkəz Çeqem
Tarixi və coğrafiyası
Yaradılıb 28 yanvar 1935
Sahəsi
  • 1.503,32 km²
Hündürlük
4.617 m
Saat qurşağı
  • Moskva vaxtı[d]
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 78.714 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu 86630
Rəsmi sayt
Çeqem rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Çeqem rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Çeqem çayının sahili boyunca cənub-qərbdən şimal-şərqə qədər uzanır. Rayonun ərazisi dəniz səviyyəsindən 500 ilə 4617 m yüksəklikləri arasındadır. Respublika dağətəyi və dağlıq bölgələrdən ibarətdir. Rayonun sahəsi 1503.32 km²-dir. Rayon aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Elbrus rayonu, şimalda Baksan rayonu, şərqdə Urvan və Çerek rayonları, cənubda Gürcüstan. Qərbdən, şimaldan və qismən şərqdən yarım halqa şəklində Nalçik şəhər dairəsini əhatə edir.

Rayonun ən böyük və əhəmiyyətli çayları: Çeqem və Şaluşkadır. Çeqem çayının qollarından birində Çeqem şəlalələri yerləşir.

Tarix

Çeqem rayonu Kabarda-Balkariya Regional İcra Komitəsi Rəyasət Heyətinin 28 yanvar 1935-ci il 92 nömrəli qərarına əsasən təşkil edilmişdir. Balkar rayonundan Yuxarı Çeqem, Aşağı Çeqem, Aktoprak və Yanikoy kənd sovetlikləri ayrılaraq yeni rayon təşkil edilir.

20 aprel 1937-ci ildə Yuxarı Çeqen Kənd Sovetliyindən Bulunquy ayrılır.

1944-cü ildə Balkarların Orta Asiyaya sürgün edilməsi ilə rayonun cənub hissələri Gürcüstan SSR-ə verildi. Elə həmin il bir sıra yaşayış məntəqələri Nalçik rayonundan Çeqem rayonu ərazisinə birləşdirilir. 1957-ci ildə əvvəllər alınmış torpaqlar Gürcüstan SSR-dən ayrılaraq Kabarda-Balkariya MSSR-a qaytarılır.

1962-ci ilin dekabrından 1965-ci ilin yanvar ayına qədər Urvan rayonunun tərkibində olan Germençik və Nartan kənd sovetlikləri istisna olmaqla, bütün yaşayış məntəqələri Baksan rayonunun tərkibində daxil edilir. 1965-ci ilin yanvar ayında Germençik kənd sovetliyi istisna olmaqla, Çeqem rayonu 1961-ci il sərhədləri daxilində bərpa edildi.

Əhali

Urbanizasiya

Şəhər şəraitində (Çeqem ş.) rayon əhalisinin 26.41 % yaşayır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər 50 452 73,02 %
balkarlar 13 529 19,58 %
ruslar 3 014 4,36 %
digərləri 1 871 2,71 %
milliyyətini bildirməyənlər 226 0,33 %
ümumi 69 092 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 7 253 6 616 13 869 20,07 %
15 — 59 yaş 23 960 23 368 47 328 68,50 %
60 yaşdan yuxarı 3 095 4 800 7 895 11,43 %
ümumi 34 308 34 784 69 092 100,0 %

Kişilər — 34 308 nəf. (49,7 %). Qadınlar — 34 784 nəf. (50,3 %).

Əhalinin orta yaşı — 33,8 yaş. Kişilərin orta yaşı — 32,3 yaş. Qadınların orta yaşı — 35,2 yaş.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çeqem rayonu haqqında məlumat. Çeqem rayonu nədir? Çeqem rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əmir Həmzə

  • Fevral 27, 2026

    Dağlıq Borçalı

  • Fevral 27, 2026

    42 (ədəd)

  • Fevral 27, 2026

    Adi yapalaq

  • Fevral 27, 2026

    AzSSR

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst