Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir.
Tarix
1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır.
Coğrafiyası
Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dağlıq Borçalı haqqında məlumat. Dağlıq Borçalı nədir? Dağlıq Borçalı nə deməkdir?