Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olmaqla iki yerə bölünür. Daha geniş yayılmış tektonik çatlar, adətən, müəyyən dərəcədə düzgün h

Çat (geologiya)

  • Ana Səhifə
  • Vikipediya
  • Çat (geologiya)

Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya heç bir yerdəyişmə yaratmayan qırılmalar.

Mündəricat

Haqqında

Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olmaqla iki yerə bölünür. Daha geniş yayılmış tektonik çatlar, adətən, müəyyən dərəcədə düzgün həndəsi şəbəkə yaradan sistemlərdə birləşir və inkişaf etməkdə olan geoloji strukturlar daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar.

Qeyri-tektonik (ilkin) çatlar isə poliqonal şəbəkələrlə, dəyişkən istiqamətə malik olmaları, tez-tez paz formasında olmaları və yerləşdikləri süxurların materialı ilə dolmaları ilə xarakterizə olunurlar. Bun çatların yaranması əsasən gec diaqenez və epigenez prosesləri ilə bağlıdır.

Yer səthinə çıxan süxurlarda, dağ-mədən qazıntılarında və ya kern nümunələrində adi gözlə müşahidə edilən çatlar makroçat adlanır.

Təsnifat

Morfoloji əlamətlərinə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə) görə tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür:

  • Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir.
  • İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962).

Çatların müxtəlif xüsusiyyətlərinə əsaslanaraq fərqli təsnifatlar təklif olunmuşdur. Məsələn, Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını aşağıdakı kimi təqdim etmişdir:

  1. Dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxarılma çatları;
  2. Uyğun çatlar, normal kəsən çatlar, təbəqələşməboyu çatlar.

Eni 3 sm-dən az olan çatlara klivaj çatları deyilir. Permyakov (1949) aşağıdakı çat növlərini göstərmişdir:

  1. İlkin ayrılma çatları (petroklazlar və sineklazlar);
  2. Təbəqələşmə çatları, aşınma çatları (epiklazlar), yamac, uçqun və sürüşmə çatları;
  3. Partlayış nəticəsində yaranan süni çatlar (paratektoklazlar);
  4. Tektonik çatlar (tektoklazlar).

Belousov (1954) isə çatları açılma dərəcəsi, forma və ölçüləri, yatım elementlərini, qırışıqlığın istiqaməti və intruziv massivə olan nisbətinə görə təsnif edilmişdir. O, çatları aşağıdakı kimi qruplaşdırır: gizli, qapalı, açıq, kiçik, böyük, uzununa, çəp, eninə, radial və s.

Çatlar, onların yaranmasına səbəb olan mexaniki təsirlərə görə aşağıdakı növlərə ayrılır:

aralanma, əyilmə, qırılma, sadə, ümumi və s.

Sinonim: Litoklazlar.

Həmçinin bax

  • Süxurlar
  • Qırılma
  • Deformasiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çat (geologiya) haqqında məlumat. Çat (geologiya) nədir? Çat (geologiya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbu Davud

  • Fevral 24, 2026

    Demokrit

  • Mart 01, 2026

    Jan Mankes

  • Fevral 27, 2026

    Zilqədə

  • Fevral 27, 2026

    Fəsiləüstü

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst