Kaori İço (yap. 伊調 馨 , 13 iyun 1984-cü il) — yaponiyalı qadın sərbəst güləşçisi.
| Kaori İço | |
|---|---|
| yap. 伊調馨 | |
| |
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı | |
| Doğum tarixi | 13 iyun 1984 (41 yaş) |
| Doğum yeri |
|
| Boyu | 1,66 m |
| Çəkisi | 61 kq |
| İdman növü | güləş, sərbəst güləş |
Karyerası
2002–2004
Kaori İço beynəlxalq səviyyədə birinci yarışına 2002-ci ildə Cənubi Koreyanın Busan şəhərinin ev sahibliyində baş tutan XIV Asiya Oyunları çərçivəsində qatıldı. Kaori İço qrup mərhələsinin 1-ci turunda Türkmənistan nümayəndəsi Osana Kohorinanı 7:0, 2-ci turunda Çin Taybeyi nümayəndəsi Çuanq Şu-Fanqı 8:0, 3-cü turunda isə Cənubi Koreya nümayəndəsi Hanq Jin-Younqu 5:0 hesabı ilə məğlub etdi və Asiya Oyunlarının final görüşünə vəsiqə qazandı. Final görüşündə o, Çin nümayəndəsi Xu Haiyan ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kaori İço Xu Haiyana 5:6 hesabı ilə məğlub oldu və XIV Asiya Oyunlarının gümüş medalına sahib oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kaori İço haqqında məlumat. Kaori İço nədir? Kaori İço nə deməkdir?
