Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Petr Pavel (Çex tələffüzü: (ˈpɛtr̩ ˈpavɛl) 1 noyabr 1961, Plana[d], Çexoslovakiya) — Çexiya Respublikasının hazırkı prezidenti, istefada olan ordu generalı və s

Petr Pavel

  • Ana Səhifə
  • Vikipediya
  • Petr Pavel

Petr Pavel (Çex tələffüzü: (ˈpɛtr̩ ˈpavɛl) 1 noyabr 1961, Plana[d], Çexoslovakiya) — Çexiya Respublikasının hazırkı prezidenti, istefada olan ordu generalı və siyasətçi. O, 9 mart 2023-cü ildən etibarən Çexiya Respublikasının dördüncü prezidenti vəzifəsini icra edir. O, əvvəllər 2015–2018-ci illərdə NATO Hərbi Komitəsinin sədri, 2012–2015-ci illərdə isə Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi.

Petr Pavel
çex. Petr Pavel
Çex Respublikasının Prezidenti
Vəzifədədir
9 mart 2023-cü ildən
    ƏvvəlkiMiloş Zeman
    Çex Respublikası Ordusunun Baş Qərargah rəisi
    1 iyul 2012 – 30 aprel 2015
    ƏvvəlkiVlastimil Pitsek[d]
    SonrakıYosef Beçvar[d]
    Şəxsi məlumatlar
    Doğum tarixi 1 noyabr 1961(1961-11-01) (64 yaş)
    Doğum yeri
    • Plana[d], Çexoslovakiya
    Partiya
    • bitərəf (1989)
    Təhsili
    • London Kral Kolleci (2005–2006)
    Fəaliyyəti siyasətçi, diplomat, zabit, Veteran
    Həyat yoldaşı
    • Eva Pavlova[d] (2004)[…]
    Uşağı 3
    Dini ateizm
    Hərbi xidmət
    Döyüşlər
    • İraq müharibəsi,
    • Yuqoslaviya müharibələri
    Rütbəsi
    • ordu generalı[d]
    Elmi fəaliyyəti
    Elm sahəsi siyasət, ordu, hərbi iş
    Elmi dərəcələri
    • magistr[d] (2006)

    Təltifləri "Ləyaqət legionu" ordeninin komandor dərəcəsi — 2018 "Xidmətlərə görə" ordeni Cross for Military Valour — 1993 "Niderland şiri" ordeninin böyük cəngavər xaçı — 2025 "Fəxri legion" ordeninin zabit dərəcəsi — 2012 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni — 2026 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni — 2024 Grand Cross of the Order of the Crown — 2018 Cross of Merit of the Minister of Defence of the Czech Republic 2nd Class Medal for Service to Homeland — 1988 "Ağ şir" ordeni Medal of Heroism — 1995 Cross of Merit of the Minister of Defence of the Czech Republic 3rd Class State Defence Cross of the Minister of Defence of the Czech Republic — 2018 Tomaş Qarriq Masarik ordeni Karel Kramář Medal — 2014 Крыж Добрасуседства
    İmzanın şəkli
    generalpavel.cz
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Petr Pavel 1 noyabr 1961-ci ildə Çexoslovakiyanın Plana şəhərində hərbçi ailəsində anadan olub. Atası 1973–1989-cu illərdə Tabor şəhərində Qərb Hərbi Dairəsinin komandanlığında kəşfiyyat zabiti kimi xidmət edib. 1983-cü ildə Vyskov şəhərindəki Quru Qoşunları Hərbi Universitetindən məzun olub və Çexoslovakiya Ordusunda paraşütçü olaraq xidmətə başlayıb. 1985-ci ildə Çexoslovakiya Kommunist Partiyasına üzv olub və 1989-cu ildə baş verən Məxməri İnqilaba qədər partiyada qalıb. 1988–1991-ci illərdə Brno Hərbi Akademiyasında təhsilini davam etdirib. Məxməri İnqilabdan sonra isə ABŞ-ın Bethesda şəhərində yerləşən Müdafiə Kəşfiyyat Kollecində, Böyük Britaniyanın Camberley şəhərindəki Qərargah Kollecində və London Kral Kollecində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb.

    Hərbi Karyerası

    • Pavel, 1993-cü ildə Xorvatiya Müstəqillik Müharibəsi zamanı Karin Bazasının təxliyəsində iştirak edərək beynəlxalq aləmdə tanınıb. O, 2012–2015-ci illərdə Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edib.
    • 2015–2018-ci illərdə isə NATO Hərbi Komitəsinin sədri seçilərək, bu vəzifəni tutan ilk Şərqi Blok mənşəli hərbçi olub. NATO-da çalışdığı müddətdə, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və 2018-ci ildə Türkiyənin Afrinə müdaxiləsi kimi hadisələrə cavab tədbirlərinin görülməsində iştirak edib.
    • 2018-ci ildə 44 illik hərbi xidmətindən sonra istefaya çıxıb.

    Şəxsi Həyatı

    İlk evliliyindən iki oğlu var. Hazırda ikinci həyat yoldaşı, Çexiya Ordusunda podpolkovnik rütbəsində olan Eva Pavlová ilə evlidir. Çex, İngilis, Fransız və Rus dillərini bilir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Petr Pavel haqqında məlumat. Petr Pavel nədir? Petr Pavel nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 26, 2026

      Televiziya

    • Fevral 27, 2026

      Vanderbilt Universiteti

    • Fevral 27, 2026

      Mirzə Sadıq

    • Fevral 27, 2026

      Vitruvi

    • Fevral 27, 2026

      Yevgeni Primakov

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst