Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Universitet "R1: Doktorantura — Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Vanderbilt Universitetində bakalavr, magistr, doktorantura və aspirantura

Vanderbilt Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Vanderbilt Universiteti

Vanderbilt Universiteti — ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində özəl tədqiqat universiteti.

Vanderbilt Universiteti
Loqonun şəkli
Əsası qoyulub 1873
Tələbə sayı 12.093, 12.962
Ölkə
  •  ABŞ
Ünvan 2101 West End Avenue, Nashville, TN, 37240
Sayt vanderbilt.edu
36°08′51″ şm. e. 86°48′09″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet "R1: Doktorantura — Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Vanderbilt Universitetində bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verilir.

Universitet 10 məktəbdən ibarətdir və ABŞ və 70 xarici ölkədən təxminən 13,800 tələbə qəbul edir.

Vanderbilt məzunları, professor-müəllim heyəti ABŞ Konqresinin 54 hazırkı və keçmiş üzvü, 18 ABŞ səfiri, 13 qubernator, 8 Nobel mükafatçısı, ABŞ-ın 2 vitse-prezidenti və 2 ABŞ Ali Məhkəməsinin hakimi daxildir. Digər görkəmli məzunlar arasında 3 Pulitzer Mükafatı qalibi, 27 Rodos Alimi, 2 "Oskar" mükafatı qalibi, 1 Qremmi Mükafatı qalibi, 6 MacArtur Təqaüdçüsü, 4 xarici dövlət başçısı və 5 Olimpiya mükafatçısı var. Dünyada universitetin 40 məzun klubu yaradılıb.

Mündəricat

Tarixi

Vanderbilt Universiteti 1873-cü ildə gəmiçilik və dəmir yolu maqnatı Kornelius Vanderbilt tərəfindən açılmışdır.

1920-ci illər. İkinci Dünya Müharibəsinə qədər

Furman Hall
Vanderbilt Universiteti Kirkland Hall

1920–1930-cu illərdə Vanderbilt Universitetində Amerika düşüncəsinə və ədəbiyyatına böyük təsir göstərən iki üst-üstə düşən alimlər qrupu çalışırdı.

1930-cu illərdə Ernest Uilliam Gudpastur və onun Tibb məktəbindəki həmkarları virusların və rikketsiyaların becərilməsi üsullarını icad etdilər. Bu iş canlı hüceyrələrdə çoxalan patogenlərin törətdiyi suçiçəyi, çiçək, sarı qızdırma, tifus və digər xəstəliklərə qarşı peyvəndlər istehsal etməyə imkan verdi. Həmçinin o illərdə universitetin professorları travmatik şokun müalicəsinı ixtira etmişdilər.

Universitet tələbələrə Dəniz Komissiyasına yol təklif edən V-12 Dəniz Hərbi Kollecinin təlim proqramında iştirak etmək üçün ölkədəki 131 kollec və universitetdən biridir.

Akademik strukturu

E. Bronson İnqram Kolleci
Alumni Hall

2021-ci ilə qədər Vanderbilt Universitetində 13,796 tələbə təhsil alırdı.

Universitetin bakalavr proqramları ABŞ-də çox seçicidir.

Vanderbilt Universiteti özəl bir korporasiya olaraq tamamilə müstəqil, daimi Qəyyumlar Şurası tərəfindən idarə olunur. Şura Rektordan və daimi üzvlərdən (istənilən sayda fəxri qəyyumlardan) ibarətdir.

Kollecləri və məktəbləri:

  • Hüquq məktəbi
  • İncəsənət kolleci
  • Elm kolleci
  • Mühəndislik kolleci
  • Təhsil və İnsan İnkişafı kolleci
  • Bleyer Musiqi məktəbi
  • Din məktəbi
  • İbtidai təhsil kolleci
  • Tibb bacısı məktəbi
  • Biznesin İdarəetməsi kolleci

Milli Elm Fondunun məlumatına görə, Vanderbilt Universiteti 2021-ci ildə Tədqiqat və inkişafa 1 milyard dollar xərcləyib.

Kampusları

İncəsənət və Elmlər Kolleci, Humanitar elmlər bölmələrinin əksəriyyəti, habelə Hüquq fakültəsi, İdarəetmə Kolleci və İlahiyyat məktəbi, həmçinin Heard Mərkəzi Kitabxanası və Surratt Tələbə Mərkəzi Zalı Əsas kampusda yerləşir. Memorial Gimnaziya, Vanderbilt stadionu və bütün digər universitet idman sahələri kampusun uzaq qərb tərəfindədir.

Milli Tarixi Abidələr proqramı 1965-ci ildə Universitetin Peabodi kampusunu tarixi rayon kimi təyin etmişdir.

Tanınmış məzunları

  • ABŞ Ali Məhkəməsinin hakimi və baş prokuroru James Klark McReynolds (1882)
    ABŞ Ali Məhkəməsinin hakimi və baş prokuroru James Klark McReynolds (1882)
  • ABŞ-ın vitse-prezidenti Con Nens Qarner (1886)
    ABŞ-ın vitse-prezidenti Con Nens Qarner (1886)
  • Amerikalı astronom Edvard Emerson Barnard (1887)
    Amerikalı astronom Edvard Emerson Barnard (1887)
  • Pulitzer mükafatlçısı, yazıçı Robert Penn Uorren (1925 )
    Pulitzer mükafatlçısı, yazıçı Robert Penn Uorren (1925 )
  • Müğənni/aktrisa Dinah Şore (1938)
    Müğənni/aktrisa Dinah Şore (1938)
  • Bain & Company qurucusu Bill Bain (1959)
    Bain & Company qurucusu Bill Bain (1959)
  • ABŞ-ın 45-ci vitse-prezidenti Al Gore (1971–72)
    ABŞ-ın 45-ci vitse-prezidenti Al Gore (1971–72)
  • Nobel Sülh Mükafatı laureatı sosial sahibkar Məhəmməd Yunus (1971)
    Nobel Sülh Mükafatı laureatı sosial sahibkar Məhəmməd Yunus (1971)
  • Amerikalı yazıçı Ceyms Patterson (1970)
    Amerikalı yazıçı Ceyms Patterson (1970)
  • ABŞ-ın keçmiş Ticarət naziri Mayk Kantor (1951)
    ABŞ-ın keçmiş Ticarət naziri Mayk Kantor (1951)
  • American Airlines Grupun sədri və direktoru Doug Parker (1986)
    American Airlines Grupun sədri və direktoru Doug Parker (1986)
  • Time Inc-in keçmiş direktoru Ann S. Mure (1971)
    Time Inc-in keçmiş direktoru Ann S. Mure (1971)
  • Somalinin keçmiş baş naziri Abdiweli Mohamed Ali (1988)
    Somalinin keçmiş baş naziri Abdiweli Mohamed Ali (1988)
  • Texas qubernatoru Greg Abbott (1984)
    Texas qubernatoru Greg Abbott (1984)
  • NASA astronavtı Maykl L. Gernhardt (1978)
    NASA astronavtı Maykl L. Gernhardt (1978)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vanderbilt Universiteti haqqında məlumat. Vanderbilt Universiteti nədir? Vanderbilt Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Romanizasiya

  • Fevral 27, 2026

    Fəxriyyə Evcən

  • Fevral 27, 2026

    Fyodr Dostoyevski

  • Fevral 27, 2026

    Donor

  • Fevral 27, 2026

    Bağırsaq trixomonadı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst