Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marduk (şum. MAR.DUK - azərb. aydın səma oğlu‎) — şumer və akkad mifologiyasında Babil panteonunun, Mesopotamiyanın, ali tanrısı. E.ə. 2024 cü ildən Babil şəhər

Marduk (tanrı)

  • Ana Səhifə
  • Vikipediya
  • Marduk (tanrı)

Marduk (şum. MAR.DUK - azərb. aydın səma oğlu‎) — şumer və akkad mifologiyasında Babil panteonunun, Mesopotamiyanın, ali tanrısı. E.ə. 2024 cü ildən Babil şəhərinin qəyyumçu-tanrısı. Yazı tanrısı. Qədim yazılara əsasən Marduk müdrik, təbib, "tanrılar hakimi", "tanrılar hökmdarı", "tanrılar atası" "ölü dirildən" kimi təsvir edilir. Onun dövründə ən mühüm bayram və mərasim yazda qeyd olunan "Təzə İl" sayılırdı. Babildə 12 gün qeyd olunan Akiti (şum. A.Kİ.Tİ) - "Yerdə həyatın başlanması" bayramının xələfi sayırdılar.

Qədim Şərq Tanrıları
Marduk
Marduk
Marduk

Marduk
MifologiyaQədim Şərq:şumer və akkad mifologiyası
Adının izahıaydın səma oğlu
yun.Μαρδοχαῖος
şum.MAR.DUK}
akk.AMAR.UTU 𒀫𒌓
Digər mədəniyyətlərdəZevs, Yupiter, Ahur-Məzdə
Əlaqədar personajlarTiamat, Kinqu
Rəmzlərikətman, bel və Muşhuş əjdahası
  • bax
  • müzakirə
  • redaktə
Marduk və Tiamat

Mündəricat

Adı

Marutukkum - "tufanın oğlu"; "günəşin oğlu". Mardukun 50 adı olmuşdur:

  • Asaru, bitki və güllər haqqında biliklərə malik.
  • Asarualim, elmi sirlləri bilən.
  • Asarualimnunna, müdafiəüçün güc.
  • Asaruludu, alovlu qılınc daşıyan
  • Namru, hər şeyin elmi və hikməti
  • Namtillaku, sirli və güclü tanrı
  • Tutu qəmginləri, kədərliləri ovunduran

Mesopotamiya

Əyalətlər və dövlətlər

Şumer • III Ur • Akkad • Amorey • İsin • Subartu • Aratta • Assuriya • Babil • Het • Yeni Babil • Kuti

Əhali

Aramilər • Amorilər • Assiriyalılar • Kassitlər • Kutilər • Lullubilər • Hurriler • Keldanilər • Arilər

Əlyazmalar
Mixi yazı: Enuma eliş
Dillər
Şumer • Akkad • Arami • Hurri • Hitit
Mifologiya
Nabu • İştar • Asalluhi • Ea • Tiamat • Marduk • Şamaş • Kinqu • Militta • İşum • Baba • Aşşur
  • bax
  • müzakirə
  • redaktə

Marduk və Tiamat

Marduk ox-kaman, dəyənək və torla silahlanaraq dörd külək və yeddi çovğunla on bir əcaib Timatın üzərinə hücum çəkərək döyüşə girir. Timat güclü küləyin təsirindən açıq ağzını yuma bilmir. Marduk dərhal onu öz oxu ilə öldürür və dünyaya sahib olmaq üçün Kinqunu ələ keçirir.Daha sonra Marduk dünyanı yaradır: Timatın bədənini ikiyə parçalayaraq, gövdəsinin aşağı hissəsindən yeri yuxarı hissəsindən göyü, kəlləsindən dağları, gözlərindənisə Dəclə və Fərat çaylarını yaratmış olur. Marduk göyü - "yuxarı dəryanı" Timatın bir parçası ilə tutaraq qapısına gözətçi qoyur ki, yerə suyu, qarı və dolunu onun göstərişi olmadan tökülməsin. Marduk göyə qalxaraq ulduzları və ayı yaradaraq gecəni ona həvalə edir. Marduka tanrılar aclıq və soyuqdan şikayətlənirlər. Marduk Eanın yanına gedərək bütün işləri boynuna qoymaq və tanrılara qulluq etmək onları qayğılardan azad etmək, bununla da tanrıların dünyadan zövq almaları üçün insanı yaratmaq qərarına gəldiyini bildirir. Ea ona tanrıları bir yerə yığmasını və insanı yaratmaq üçün onlardan birinin qanından maya kimi istifadə edilməsi üçün öldürülməsini söyləsin. Tanrılar bir ağızdan bütün bunlara səbəbkar olduğu üçün Kinqunun öldürülməsini israr edirlər. Kinqunun vətərlərini kəsərək qanını tökürlər. Marduk gili qanda yoğuraraq ondan insanı yaradaraq ona tanrılara qulluq etməyi tapşırır. Buna görə də insanlar minnətdarlıq üçün onun şərəfinə "Müqəddəs Babili" tikmişlər. Beləliklə bütün tanrılar hər ilin başlanğıcında "Müqəddəs Babil" iqamətgahına Mardukun əlindən xeyir dua almaq üçün yığışırdılar. Tanrılar burada xorla "Marduk Babilin və bütün yerin göyün, tanrıların tanrısıdır, bütün tanrıların həyatını pak edəndir, onun taleyindən yüksək heç nə yoxdur." deyərək ona sadiq olduqlarını bildirərdilər.

Rəmzləri

Mardukun rəmzləri kətman, bel və Muşhuş əjdahası sayılır. Onun bədəninin hissələri isə müxtəlif heyvan və bitkilərlə eyniləşdirilir. Onun əsas daxili şirə, içalatı itə, onurğası kedr ağacına, barmaqları qamışa, kəlləsi gümüşə, toxumu isə qızıla oxşadılır.

Həmçinin bax

  • Nibiru

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marduk (tanrı) haqqında məlumat. Marduk (tanrı) nədir? Marduk (tanrı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ənam surəsi

  • Fevral 27, 2026

    Tomas Marşal

  • Fevral 24, 2026

    Hind təqvimi

  • Fevral 27, 2026

    Seysmoqraf

  • Fevral 26, 2026

    Soprano

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst