Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bədrifələk Qadınəfəndi (4 yanvar 1851, Poti, Kutaisi quberniyası – 6 fevral 1930, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin üçüncü xanımı.

Bədrifələk Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Bədrifələk Qadınəfəndi

Bədrifələk Qadınəfəndi (4 yanvar 1851, Poti, Kutaisi quberniyası – 6 fevral 1930, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin üçüncü xanımı.

Bədrifələk Qadınəfəndi
اناث بدرية
Şəxsi məlumatlar
Doğum tarixi 4 yanvar 1851
Doğum yeri Poti, Osmanlı imperiyası
Vəfat tarixi 6 fevral 1930 (79 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri Yəhya Əfəndi məzarlığı
Fəaliyyəti əsilzadə
Atası Mehmed bəy Karzeg
Anası Fərrux xanım İnalpa
Həyat yoldaşı II Əbdülhəmid
Uşaqları Mehmed Səlim Əfəndi
Zəkiyə Sultan
Əhməd Nuri Əfəndi
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bədrifələk xanım 4 yanvar 1851-ci ildə Osmanlı hakimiyyətindəki Poti şəhərində doğulmuşdur. Atası əslən çərkəz olan Mehmed bəy Karzeg, anası isə abxaz əsilli Fərrux xanım İnalpa idi. Əsl adı bilinmir. Sultan Əbdülməcidin xanımlarından Şayəstə Qadınəfəndinin qohumu idi. Bəzmigül Dilbər, Şazıdil, Nevrəstə və Mələki adlı 4 bacısı, orduda xidmət göstərən Kazım Paşa adlı bir qardaşı vardı.

1864-cü ildə baş verən etnik təmizləmə zamanı ailəsi Osmanlı torpaqlarına köç etmiş, qızlarını Osmanlı sarayına təslim etmişdir. Qısa müddət sonra 15 noyabr 1868-ci ildə Dolmabağça sarayında Şahzadə Əbdülhəmidlə evləndi. Şahzadə Əbdülhəmid taxta çıxdıqda isə üçüncü qadınəfəndi olaraq Ulduz sarayına köçdü. Daha sonra padşahın özündən əvvəlki xanımı Nurəfsun xanımdan boşanması nəticəsində ikinci, Nazikəda xanımın vəfatından sonra isə birinci, yəni baş qadınəfəndi oldu.

Sultan Əbdülhəmidin 1909-cu ildə taxtdan endirilməsinin ardından, oğlu Şahzadə Mehmed Səlim Əfəndi ilə birlikdə Beşiktaş səmtindəki köşkə köçürüldü və burada güclü nəzarət altında yaşamağa başladılar. 1918-ci ildə əri sabiq padşah vəfat etmiş, bu səbəblə 1924-cü ilin martında baş verən sürgündə iştirak etmədi. Övladları isə Fransanın Nitsa və Pau şəhərlərinə köçdülər. Bədrifələk xanım 6 fevral 1930 tarixində övladlarından uzaqda vəfat etdi və Yəhya Əfəndi məzarlığına dəfn edildi.

Övladları

  • Mehmed Səlim Əfəndi
  • Zəkiyə Sultan
  • Əhməd Nuri Əfəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bədrifələk Qadınəfəndi haqqında məlumat. Bədrifələk Qadınəfəndi nədir? Bədrifələk Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarşıdurma (astronomiya)

  • Fevral 24, 2026

    Ruby

  • Fevral 27, 2026

    Dyula Yuhas

  • Fevral 27, 2026

    Quruş

  • Fevral 25, 2026

    Mir Cəlal

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst