Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılı

Metil

  • Ana Səhifə
  • Vikipediya
  • Metil

Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir.

Metil qrupu (mavi rəngdə)

Mündəricat

Metil kationu, anionu və radikalı

Metil kationu

Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir:

CH3OH + H+ → CH3+ + H2O

Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.

Metil anionu

Metanid anionu (CH3-) çox nadir hallarda qaz fazasında və xüsusi şəraitdə mövcud olur. Ketonların elektrik cərəyanı və 1 torrdan aşağı təzyiqdə sıxılması ilə alınır və reaksiyanın entalpiyası 252.2±3.3 kC/mol kimi hesablanmışdır.

Üzvi reaksiyalarda metanid ionunun litium və digər əlaqəli Gringard reaktivləri ilə mübadilə reaksiyası nəticəsində alınan məhsullara metanid ionunun duzları kimi baxılır. Belə reagentlər metil-halogenidlərdən alınır:

2 M + CH3X → MCH3 + MX

Burada M qələvi metaldır.

Metil radikalı

Metil radikalının formulu CH3-dür. Seyrək qazlarda mövcuddur, lakin qatılığı çox olduqda dimeri olan etana çevrilir. Bu radikal yalnız bəzi birləşmələrdən, xüsusən də -N=N- rabitəsi olan birləşmələrin termiki parçalanmasından alınır.

Aktivliyi

Bir metil qrupunun reaktivliyi bitişik əvəzedicilərə bağlıdır. Metil qrupları olduqca qeyri-aktiv ola bilər. Nümunə üçün, demək olar ki, metil qrupu ən güclü turşulara qarşı belə davamlıdır.

Oksidləşmə

Metil qrupunun oksidləşməsi prosesi həm sənayedə geniş tətbiq olunur, həm də təbiətdə geniş baş verir. Metil qrupunun oksidləşməsinin nəticələri bunlardır: CH2OH, CHO, və CO2H. Nümunə üçün permanqanatlar metil qrupunu karboksil (-COOH) qrupuna çevirir (məsələn, tuluolun benzoy turşusuna çevrilməsi). Nəticədə, göründüyü kimi metil qrupunun yanması zamanı karbon qazı və proton alınır.

Metilləşmə

Demetilləşmə (metil qrupunun bir birləşmədən digərinə ötürülməsi) ümumi prosesdir və bu reaksiyaya məruz qalan reagentlərə metilatlayıcı maddələr deyilir. Ümumi metilatlayıcı maddələr dimetil sulfat, metil yodid və metil triflatdır. Təbii qaz mənbəyi olan metanogenez bir demetilləşmə reaksiyasından yaranır.

Deprotonasiya

Bəzi metil qrupları deprotonasiya edilə bilər. Məsələn, metil qruplarının asetonda ((CH3) 2CO) turşuluğu metanda olan turşuluğundan 1020 dəfə daha çoxdur. Ortaya çıxan karbanlar, üzvi sintez və biosintezdə bir çox reaksiyalarda əsas vasitədir. Yağlı turşuları bu şəkildə sintez edilir.

Sərbəst radikal reaksiyaları

Benzilik və ya allilik mövqelərinə yerləşdirildikdə, C-H rabitəsinin gücü azalır və metil qrupunun reaktivliyi artır. Bu artmış reaktivliyin bir təzahürü, metil qrupunun toluolun fotokimyəvi klorifikasiyasıdır, çünki benzil xlorid verir.

Kiral metil

Bir hidrogenin döteryum (D) və başqa bir hidrogenin tritium (T) ilə əvəz edildiyi xüsusi halda, metil ikamesi şiral olur. Optik təmiz metil birləşmələri, məsələn, kiral sirkə turşusu (CHDTCOOH) hazırlamaq üçün üsullar mövcuddur. Kiral metil qruplarının istifadəsi ilə bir çox biyokimyəvi dəyişmələrin stereokimyəvi gedişi təhlil edilmişdir.

Etimologiyası

Fransız kimyaçıları Jan Bapsit Düma və Eugene Peligot, metanolun təbii strukturunu təyin etdikdən sonra yunanca olan methy sözündən istifadə edərək metilen sözünü aldılar. Metil termini ilk dəfə metil spirtini təsvir etmək üçün istifadə edilmişdir (1840).

İUPAC numanklaturasında met prefiksinə il şəkilçisi artırmaqla alkilin adı alınır.

Həmçinin bax

  • Metan
  • 5-O-MetilMirisetin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Metil haqqında məlumat. Metil nədir? Metil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məşhur

  • Fevral 28, 2026

    Jan Mare

  • Fevral 27, 2026

    Ümmügülsüm

  • Fevral 26, 2026

    Mehrab

  • Fevral 27, 2026

    Ezo Respublikası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst