Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asetat turşusu və ya sirkə turşusu (CH3COOH, sistematik adı: etan turşusu) — doymuş birəsaslı karbon turşusudur.

Sirkə turşusu

  • Ana Səhifə
  • Vikipediya
  • Sirkə turşusu

Asetat turşusu və ya sirkə turşusu (CH3COOH, sistematik adı: etan turşusu) — doymuş birəsaslı karbon turşusudur.

Sirkə turşusu
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CH3COOH
Fiziki xassələri
Molyar kütlə 60,05 q/mol
Sıxlıq 1,0492 q/sm³
Səthi gərilmə 27,1 mN/m, 24,61 mN/m, 22,13 mN/m
Dinamik özüllülük 1,056 mPa·s, 0,786 mPa·s, 0,599 mPa·s, 0,464 mPa·s
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 16,75 °C
Qaynama nöqtəsi 118,1 °C
Öz-özünə yanma temperaturu 427 °C
Partlama həddi 4 % (V/V)
Əmələgəlmə entalpiyası −487 kC/mol
Buxarın təzyiqi 1.466,55 Pa, 10 kPa, 100 kPa
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti p K a {\displaystyle pK_{a}} {\displaystyle pK_{a}} 4,74, 4,756
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,372
Təsnifatı
CAS-da qeyd. nöm. 64-19-7
PubChem 176
EINECS-də qeyd. nöm. 200-580-7
SMILES
 
  • CC(=O)O
InChI
 
  • InChI=1S/C2H4O2/c1-2(3)4/h1H3,(H,3,4)
    QTBSBXVTEAMEQO-UHFFFAOYSA-N
E nömrəsi E260
RTECS AF1225000
ChEBI 15366
BMT nömrəsi 2789
ChemSpider 171
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Tarixi

Sirkə haqqında məlumatlar insanlara çox qədimdən məlumdur. Ümumiyyətlə, sirkə şərabın fermentasiya məhsuludur. Sirkə turşusu haqqında ilk məlumatlar e.ə. III əsrdə yaranmışdır. İlk dəfə Sirkə turşusunun metallara təsirini yunan alimi Teofrast izah etmişdir. Sirkə turşusunu ilk dəfə distillə üsulu ilə ərəb alimi Cabir ibn Həyyan sintez etmişdir. 1847-ci ildə isə Alman alimi Adolf Kolbe Sirkə turşusunu qeyri-üzvi birləşmələrdən almışdır. XIX əsrin sonu XX əsrin əvvəlində Sirkə turşusunun əsas istehsalçısı Almaniya ölkəsi idi.

Fiziki xassələri

Sirkə turşusu üzvi turşudur. Doymuş birəsaslı karbon turşuların homoloqları sırasında Qarışqa turşusundan sonra gələn ikinci nümayəndədir. Rəngsiz, hidroskopik, xarakterik kəskin iyli, suda yaxşı həll olan mayedir. Təqribən 16,7 ° С temperaturundan aşağı temperaturda o, buza oxşayan kristallar şəklində bərkidiyindən buzlu sirkə turşusu adını almışdır. su ilə istənilən nibətdə qarışır; 3-9%-li suda məhlulu sirkə (süfrə sirkəsi), 70-80%-li məhlulu isə sirkə essensiyası adı ilə məlumdur. Sirkə turşusu korroziya əmələ gətirir. İnsan orqanizm üçün çox zərərlidir. Onun iyi göz və burun hissəsini qıcıqlandırır. Onun tərkibində su olan zaman kimyəvi xassələrini dəyişir. Müxtəlif məhlullara və qazlara birləşir. HF, HCl, HBr, HI və s. kimi qeyri-üzvi birləşmələrə birləşə bilir. Sirkə turşusu tsiklik və xətti quruluşa malikdir. Sirkənin meydana gətirdiyi turşulu mühit, qidaların pozulmasına səbəb olacaq mikroorqanizmlərin çoxunun böyüməsinin qarşısını alır. Buna görə turşulama tərəvəzlərin ömrünü uzatmaq üçün təsirli bir üsuldur.

Sənaye

Sirkə turşusu kimya sənayesində plastik kütlələr, müxtəlif boyalar (məsələn, indiqo), dərman maddələri (məsələn, aspirin, fenasetin), asetat lifi istehsalında, yanmayan kinoplyonkalar, ultrabənövşəyi şüaları buraxan şüşə alınmasında istifadə olunur. Sirkə turşusundan tərəvəzlərin konservləşdirilməsində, onun efirlərindən isə ətriyyat və qənnadı istehsalında istifadə olunur. Sirkə turşusundan sənayedə geniş istifadə olunur. Əsasən, sirkə turşusundan müxtəlif içkilər üçün hazırlanan şüşələrin istehsalatında, Sellülozanın asetatının istehsalatında istifadə edilir. Asetitk turşu qida sənayesindən tampon xüsusiyyətindən ötəri E260 adıyla bir qatqı maddəsi kimi istifadə edilir. Sirkə turşusunun törəmələrinin də müxtəlif istifadələri vardır. Məsələn: Sodium asetat, toxuma sənayesində və qida qatqı maddəsi olaraq (E262) istifadə edilir. Sellüloza asetat, foto filmi istehsalında istifadə olunur.

Təsiri

Sirkə turşusu dərini yandırır, gözə qalıcı zərər verir və dəridə qabarcıqlar meydana gəlməsinə səbəb olur. Təsirləri bir neçə saat sonra hiss edilir. Bu təsirlərdən qorunmaq üçün nitril qoruma əlcəkləri geyilir. Sirkə turşusunun yandırıcı xüsusiyyəti olduğuna görə laboratoriyada istifadə edilməsi çətindir. Sirkə turşusu insan və heyvanlar üçün zərərlidir. Çünki həzm sisteminə ciddi ziyan verə bilir.

Tətbiqi

Sirkə turşusu qeyd olunduğu kimi, kimya sənayesində plastik kütlələr, müxtəlif boyalar (məsələn, indiqo), dərman preparatları (məsələn, aspirin, fenasetin) asetat lifi istehsalında, yanmayan kinoplyonkalar, ultrabənövşəyi şüaları buraxan şüşə alınmasında istifadə olunur. Sirkə tuşusunun dəmir, alüminium və xrom duzları parçaların boyanmasında, qurğuşun 2-asetat isə qurğuşun ağ boyağı (belil) kimi istifadə olunur. Mis 2-asetat və sirkə turşusunun bəzi törəmələri, məsələn, 2,4-dixlorfenolsirkə turşusu və 2-metil-4-xlorfenoksisirkə turşusunun natrium duzu kənd təsərrüfatında herbisid adı ilə alaq otlara qarşı mübarizədə tətbiq olunur. Sirkə turşusundan tərəvəzlərin konservləşdirilməsində, onun efirlərindən isə ətriyyat və qənnadı istehsalında istifadə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sirkə turşusu haqqında məlumat. Sirkə turşusu nədir? Sirkə turşusu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həbibi

  • Fevral 27, 2026

    Sosial bərabərlik

  • Fevral 27, 2026

    Qudermes rayonu

  • Fevral 27, 2026

    Dəmirçi

  • Fevral 27, 2026

    Sikeliotlar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst