Anna Kurnikova — Dünyaca məşhur tennisçi və fotomodel
| Anna Kurnikova | |
|---|---|
| rus. Анна Сергеевна Курникова | |
| |
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı | |
| Doğum tarixi | |
| Doğum yeri | Moskva SSRİ |
| Boyu | 173 m |
| Çəkisi | 56 kq |
| Karyeranın başlanğıcı | oktyabr 1995 |
| Karyeranın sonu | 2003 |
| İşlək əli | sağ |
| Mükafat pulları | 3 584 662 $ |
| Fərdi nəticələri | |
| Fərdi nəticələri | 209—129 |
| Fərdi titulları | 2 ITF |
| Ən yüksək fərdi mövqeyi | 8 20 noyabr 2000 |
| Cütlərdə nəticələri | |
| Cütlərdə nəticələri | 200–71 |
| Sayt | kournikova.com |
1981-ci il, iyunun 7-də Moskvada idmançı ailəsində anadan olub. Annanın atası Sergey - peşəkar güləşçi, anası Alla tennis məşqçisi olub. Tennislə ciddi şəkildə beş yaşından məşğul olmağa başlayıb. 10 yaşında ona Amerikadakı məşhur Nika Boletyeri tennis akademiyasına gəlmək təklif olunub və o bunu qəbul edib. 14 yaşında dünya gənclər reytinqinin 1 nömrəli tennisçisi adını qazanan Kurnikovanın uğurları bununla bitməyib. 16 WTA turniri qazanan Anna 2001-ci ildə sol ayağından zədə alır. Bir il sonra kortlara dönən Kurnikova məşhur tennisçi Martina Hingislə birlikdə cütlüklərdə ikinci "Böyük Şlem" turnirini qazanır. 2003-cü ildə zədəsini təzələyən Anna, 2003-cü ilin mayında karyerasını bitirir.

Fotomodel Anna
Kurnikova çox gənc yaşlarından dünya fotoqraflarının diqqətini cəlb edir. 1998-ci ildə məşhur "People" jurnalının sorğusunda dünyanın 50 ən gözəl insanı adını qazanan Anna, 2000, 2002, 2003-cü illərdə də eyni nəticəni təkrarlayır. Anna Adidas, Berlei, Yonex, Omega kimi tanınmış firmaların reklam agenti olur. Onun reklam gəlirləri tennisdən əldə etdiyi gəlirləri dəfələrlə üstələyib.
Virus
Anna Kurnikova həm öz,həm də adının cəlb edici olmasına görə xakerlərin diqqətini çəkmişdir.2001-ci ildə Hollandiyada yaradılan AnnaKournikova.jpeg adlı virus açıldıqda özünü qeyd dəftərinə göndərirdi.
Zəngin məhəbbət
2000-ci ildə "Forbes" jurnalının siyahısında 58-ci pillədə qərarlaşan Kurnikova hazırda məşhur müğənni Enrike İqlesiasla nişanlıdır. Onlarla kişi və qadın jurnalları üçün şəkilllər çəkdirən Anna bir neçə dəfə planetin ən çox istənilən qadını seçilib. 2014-cü ildə onların ayrıldığı haqda mediada xəbərlər yayılmışdır.
Şəxsi həyatı
2001-ci ildə Britaniya qəzeti The Sun Anna Kournikovanın Rusiyalı xokkey oyunçusu Sergey Fyodorovla evləndiyini bildirdi. Annanın atası bu məlumatı təkzib etdi, lakin 2003-cü ildə Fyodorov onların evli olduğunu, lakin tezliklə boşandıqlarını bildirdi.
2001-ci ilin sonlarından müğənni Enrike İqlesiasla münasibətdədir, onunla "Escape" mahnısına çəkilən və özünün də iştirak etdiyi klipinin çəkilişi zamanı tanış olmuşdu. Cütlüyün dörd uşağı var: əkiz – oğlu Nikolas və qızı Lüsi (16 dekabr 2017-ci il təvəllüd), və qızı Meri (30 yanvar 2020-ci il təvəllüd). Dördüncü uşaq 17 dekabr 2025-ci ildə doğulub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anna Kurnikova haqqında məlumat. Anna Kurnikova nədir? Anna Kurnikova nə deməkdir?
