Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jozefina Boharne (fr. Joséphine de Beauharnais, Fransızca tələffüz: [ʒo.ze.fin də‿bo.aʁ.nɛ]) və ya Mari Jozef Roz de Taşer de la Pajeri (fr. Marie-Josèphe-Rose

Jozefina Boharne

  • Ana Səhifə
  • Vikipediya
  • Jozefina Boharne

Jozefina Boharne (fr. Joséphine de Beauharnais, Fransızca tələffüz: [ʒo.ze.fin də‿bo.aʁ.nɛ]) və ya Mari Jozef Roz de Taşer de la Pajeri (fr. Marie-Josèphe-Rose de Tascher de La Pagerie; 23 iyun 1763[…] – 29 may 1814[…]) — 1804–1809-cu illərdə Fransa imperatriçası və Napoleon Bonapartın birinci arvadı.

Jozefina Boharne
fr. Joséphine de Beauharnais
Doğum tarixi 23 iyun 1763(1763-06-23)[…]
Vəfat tarixi 29 may 1814(1814-05-29)[…] (50 yaşında)
Vəfat səbəbi difteriya
Həyat yoldaşları
  • Napoleon Bonapart (1796, 1796–1809)
Uşaqları Birinci nikahdan:
1. Ejen de Boharne
2. Hortenziya de Boharne
Atası Josef-Qaspard Taşer de la Pajerie
Anası Roze Kleyr de Verger de Sanno
Fəaliyyəti rəsm kolleksiyaçısı[d], boyakar[d], incəsənət xadimi, mesenat[d]
Fəaliyyət illəri 1779–1814
Mükafatları Order of Queen Maria Luisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mari Jozef Roz de Taşer de la Pajeri (Jozefin onu Napoleon Bonapart əzizləmək məqsədilə adlandırmışdır) dənizçi zabit Jozef Qaspard de Taşerin, şəkər qamışı plantasiyasına malik xırda mülkədar ailəsinin qızı olan Roze Kleyr des Ver(j/c)er de Sanno ilə nikahından Martinik adasında ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaqlığını Martinikdə keçirən Mari Jozef Roz de Taşer de la Pajeri 1773 cü ildən Fort de Fransda qızlar pansionatına gedir və 13 dekabr 1779 cu ildə fransız ordusunun zabiti Vikomt de Boharne ilə evlənir. Bu nikahdan iki övladı: Yevgeni (Ejen) de Boharne və Hortenziya de Boharne dünyaya gəlir. 1794 cü ildə əri terrorun qurbanı olur. Tək qalan Mari Jozef Roz de Taşer de la Pajeri uşaqları ilə Martenikə dönməyə məcbur olur. Lakin siyasi mühitin yumşalmasından sonra təzədən Fransaya dönməyə qərar verir.

9 Trimador çevrilişindən sonra yaxın dostu Barras Polun köməyi və dəstəyi ilə o zamanlar az tanınan general Bonapartla tanış olur və 9 mart 1796 cı ildə onunla nikaha girir. Napolenun onu ehtirasla sevməsinə baxmayaraq ona sıx bağlanaraq hətta onun ağır xasiyyətinə və gəzəyən ər xüsusiyyətlərinə dözür.

Jozefinin keçmişi və övladsız nikah Napoleonun ailəsində bir o qədər də müsbət qarşılanmırdı.

2 dekabr 1804 cü ildə Notr-Dam de Pari məbədində Napoleon Jozefini imperatriça elan edəndə məhz buna görə anası Leti(s/ç) mərasimdə iştirakdan imtina etmişdir. Bu sonsuz nikah saray və imperiya qanunlarına cavab vermirdi. 15 dekabr 1807 cu ildə Napoleon Jozefin ilə boşanmaq qərarını verir və 10 yanvar 1810-cu ildə boşanma rəsmən təsdiq edilir.

İmperatriça titulunu saxlamaqla Evrö yaxınlığına köçür. Sonradan Parisdən 20 km aralı Malmizon iqamətgahında öz saray sviti ilə təm təraqlı həyat sürərək ömrünün sonuna qədər orada yaşayır. Burada o, rus çarı I Aleksandr ilə görüşmüşdür.

Ölümü

29 may 1814 cü ildə Parisdən 20 km aralıdakı iqamətgahında – Malmezonda ağır fəsadlaşmış laringitdən və nəfəs yollarının ödemindən əzab çəkərək vəfat edir. Jozefina Boharne müqəddəs Piyer və müqəddəs Paul (fr. Saint-Pierre et Saint-Paul ) kilsəsində dəfn edilmişdir.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jozefina Boharne haqqında məlumat. Jozefina Boharne nədir? Jozefina Boharne nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Maks Ştirner

  • Fevral 27, 2026

    Banan (cins)

  • Fevral 26, 2026

    Ensefalit

  • Fevral 25, 2026

    Duzlar

  • Fevral 23, 2026

    Ziqmund Freyd

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst