Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Selena Mari Qomez (ing. Selena Marie Gomez; 22 iyul 1992[…], Qrand-Preri[d], Texas, ABŞ) — amerikalı müğənni, aktrisa, prodüser və iş qadını. Karyerasına uşaq y

Selena Qomez

  • Ana Səhifə
  • Vikipediya
  • Selena Qomez

Selena Mari Qomez (ing. Selena Marie Gomez; 22 iyul 1992[…], Qrand-Preri[d], Texas, ABŞ) — amerikalı müğənni, aktrisa, prodüser və iş qadını. Karyerasına uşaq yaşlarında aktrisalıq edərək başlayıb, 2002–2004-cü illərdə "Barni və dostları" teleserialında rol alıb. Selena 2007–2012-ci illərdə Disney Channel-in istehsalı olan "Veyverli Pleysli sehrbazlar" sitkomunda baş rola çəkilib və bu serialdakı Aleks Russo obrazına görə yeniyetmələr arasında məşhurluq qazanıb. Selena 2008-ci ildə Hollywood Records ilə müqaviləyə imza atıb və Selena Gomez & the Scene adlı musiqi qrupunu formalaşdırıb. Selenanın ön planda olduğu bu pop-rok qrupu 2012-ci ildə dağılmazdan əvvəl üç ədəd studiya albomu çıxarmışdı. Bu qrupun ən populyar mahnısı "Love You like a Love Song" idi.

Selena Qomez
Ümumi məlumatlar
Doğum adı Selena Marie Gomez
Doğum tarixi 22 iyul 1992(1992-07-22)[…] (33 yaş)
Doğum yeri
  • Qrand-Preri[d], Texas, ABŞ
Həyat yoldaşı
  • Benni Blanko[d] (2025)
Partnyoru
  • Benni Blanko[d] (2023–2025)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-bəstəkar, musiqi prodüseri, aktrisa, səsləndirmə aktrisası[d], model[d], dəb dizayneri, kinematoqraf[d], biznes ledi, uşaq aktrisa[d]
Fəaliyyət illəri 2002-ci ildən
Janrlar pop musiqisi, dans-pop, elektropop[d], pop-rok, müasir R&B[d], alternativ R&B[d]
Musiqi alətləri zərb alətləri, zərb qurğusu[d], baraban
Albom şirkətləri Hollywood Records, Interscope Records
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri — 2024
İmzanın şəkli
selenagomez.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Selena Qomez müğənni kimi solo karyerasına 2013-cü ildə "Stars Dance" adlı debüt albomunu buraxaraq başlamışdır. Bu, onun Billboard 200 musiqi cərgəsinin birinci pilləsinə yüksələn ilk albomu olmuşdur. Albomun xeyli sayda ölkədə hit olan sinqlları "Come & Get It" və "Slow Down" idi.

Mündəricat

Həyatı

Selena Qomez əslən meksikalı və italyan mənşəlidir. Onun ata tərəfdən babası 1970-ci illərdə Meksikanın Monterrey şəhərindən ABŞ-nin Texas ştatına köçüb. Ona 1995-ci ildə 23 yaşında olarkən qətlə yetirilən müğənni Selenanın adı qoyulub.

Şəxsi həyatı

Selena Qomez Los-Anceles qraflığındakı Kalabasas şəhərində yerləşən 6.6 milyon dollarlıq malikanədə yaşayır. 2008-ci ildə Nik Conas ilə romantik münasibət qurub. 2010–2018-ci illərdə kanadalı müğənni Castin Biber ilə ara-sıra sevgili olub. 2015-ci ildə rusiyalı-alman dicey Zedd ilə münasibət qurub və sonrakı il ayrılıb. 2017-ci ildə The Weeknd ilə birlikdə olub. 2023-cü ilin dekabrında musiqi prodüseri Benni Blanko ilə romantik münasibətdə olduğunu bildirib.

Diskoqrafiya

Selena Gomez & the Scene albomları

  • Kiss & Tell (2009)
  • A Year Without Rain (2010)
  • When the Sun Goes Down (2011)

Solo albomları

  • Stars Dance (2013)
  • Revival (2015)
  • Rare (2020)

Filmoqrafiya

  • Spy Kids 3-D: Game Over (2003)
  • Horton kimi eşidir? (2010)
  • Monte-Karlo (2011)
  • The Muppets (2011)
  • Spring Breakers (2012)
  • Transilvaniya hoteli (2012)
  • Qayğının əsasları (2016)
  • Neighbors 2: Sorority Rising (2016)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Selena Qomez haqqında məlumat. Selena Qomez nədir? Selena Qomez nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Desemvirlər

  • Fevral 27, 2026

    Sibir tatarları

  • Fevral 25, 2026

    Sağsağan

  • Fevral 23, 2026

    Arxeologiya

  • Fevral 27, 2026

    Daraqlı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst