Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi.
| Burj | |||||
|---|---|---|---|---|---|
| fr. Bourges | |||||
| |||||
| |||||
| 47°05′01″ şm. e. 2°23′44″ ş. u.HGYO | |||||
| Ölkə | | ||||
| Region | [[Sentr]] | ||||
| Başçı | Yann Galut | ||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi | 68.74 km² | ||||
| Mərkəzin hündürlüyü | 153 m, 120 m, 169 m, 142 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi | 66,786 nəfər (2009) | ||||
| Sıxlığı | 9710 nəf./km² | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Poçt indeksi | 18033 /18000 | ||||
| Digər | |||||
| Burj şəhərinin rəsmi internet səhifəsi | |||||
![]() Burj | |||||
Əhalisi
Əhalisi 66,4 min (2010).
Coğrafiyası
Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı.
Tarixi
E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi. Orta əsrlərdə Berri hersoqluğunun əsas şəhəri olmuşdur. 14–15-ci əsrlərdə Baş ştatlar dəflərlə burada toplanmışdı. Şəhərin mərkəzi qall-Roma məskəninin (4-cü əsrə aid divar qalıqları) müntəzəm planlı quruluşunu saxlayır.
Memarlığı
Sent-Etyenn kilsəsi (1198 – təqr. 1280; möhtəşəm 5-nefli transeptsiz bazilika; 13-cü əsrin əvvəllərinə aid klipta; qərb fasadının Məhşər günü və müq. Etyennin həyatından səhnələri əks etdirən 5 portalı, 1230–80; xor və deambulatorinin vitrajları, 13-cü əsr) Ümumdünya irsi siyahısına daxil edilmişdir. 13–16-cı əsrlərə aid kilsələr də var. Mülki memarlıq abidələri: alovlanan qotika üslubunda fasadı olan tacir Jak Körün evi, 1443–51; Pelvuazen sarayı (15 əsr); Ağ kraliçanın evi (16 əsr) və s. Mare bağları (19 əsr) və Pre-Fişo (1920–30) ardeko üslubunda bağ-parksalma sənətinin nadir nümunəsidir. Beynəlxalq Musiqi Elektroakustikası Akademiyası (1970), Orlean Universitetinin Texnologiya institutu; Berri (1892-ci ildə yaradılmışdır; 16-cı əsrə aid binada yerləşir; qall-Roma dövrünün, orta əsrlərin artefaktları, xalq sənəti), təbiyyat tarixi (1927), dekorativ sənət (1951-ci ildə yaradılmışdır; Lalman hotelinin binasında yerləşir, 16-cı əsrin əvvəlləri; 15–18-ci əsrlərə aid mebel, xalçalar, boyakarlıq əsərləri) muzeyləri. 20-ci əsr rəssamı M.Estevin muzeyi (15-ci əsrin sonu, 17-ci əsr ratuşa binasında), sənətlər muzeyi (arxiyepiskop sarayının binasında, 1680) və s.; “Jak Kör” teatrı fəaliyyət göstərir. Avia və raketqayırma, hərbi, şin (“Mişlen” şirkətinin zavoddu), ağac emalı, yeyinti sənayesi müəssisələri var.
Həmçinin bax
- Bulon-Sür-Mer
- Bulon-Biyankur
- Bürk-an-Bres
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Burj haqqında məlumat. Burj nədir? Burj nə deməkdir?

![Bayraq[d]](/sd-asset/images/default-image.jpg)
