Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muxtarov İlqar Yusif oğlu (29 sentyabr 1969, Bakı) — Diplomat, hüquqşünas, Azərbaycan Respublikasının Meksika Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (

İlqar Muxtarov

  • Ana Səhifə
  • Vikipediya
  • İlqar Muxtarov

Muxtarov İlqar Yusif oğlu (29 sentyabr 1969, Bakı) — Diplomat, hüquqşünas, Azərbaycan Respublikasının Meksika Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (2009—2016). Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri.

İlqar Muxtarov
İlqar Yusif oğlu Muxtarov
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
17 oktyabr 2022-ci ildən
    Azərbaycan Respublikasının Meksika Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri
    14 aprel 2009 – 27 yanvar 2016
    Şəxsi məlumatlar
    Doğum tarixi 29 sentyabr 1969 (56 yaş)
    Doğum yeri Bakı, Azərbaycan SSR
    Təhsili
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti Diplomat
    Atası Yusif Muxtarov
    Anası Amaliya Pənahova
    Dini İslam
    Elmi fəaliyyəti
    Tanınır Diplomat

    Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20122012

    Həyatı

    İlqar Yusif oğlu Muxtarov 1969-ci ildə sentyabr ayının 29-da Bakıda anadan olub. O, əvvəlcə  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib.

    1996—1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb. 1998—2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində işləyib. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb.

    2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın  Amerikadakı  səfirliyinin  siyasi məsələlər şöbəsində çalışıb. 2007—2009-cu illərdə Azərbaycanın Amerikadakı səfirliyinin müvəqqəti işlər vəkili olub.

    İlqar Muxtarov 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib. Həmin vaxt İ. Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.. İ.Muxtarov Azərbaycan səfiri kimi  eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

    2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri.

    2025-ci ilin aprelində Vatikanda Papa Cəngavər Ordeninin Böyük Xaçına (Cavaliere di Gran Croce dell'Ordine Piano) layiq görülüb.

    Rus, ingilis, türk dillərini əla, ərəb və ispan dillərini isə orta səviyyədə bilir.

    Ailəsi

    Ailəlidir, bir oğlu var.

    İlqar Muxtarov Azərbaycan teatr və kino sənətinin görkəmli xadimləri Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun övladıdır.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlqar Muxtarov haqqında məlumat. İlqar Muxtarov nədir? İlqar Muxtarov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Sərbəst qızıl

    • Fevral 27, 2026

      Bocquillonia longipes

    • Fevral 27, 2026

      Yuyçzülyü Hulü

    • Fevral 27, 2026

      Metal musiqi

    • Fevral 27, 2026

      İnvestisiya

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst