Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhməd

Raisa Əhmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Raisa Əhmədova

Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır.

Raisa Əhmədova
çeç. Раиса Солтамурадовна Ахматова
Doğum tarixi 30 dekabr 1928(1928-12-30)
Doğum yeri
  • Qroznı, RSFSR, SSRİ
Vəfat tarixi 29 yanvar 1992(1992-01-29) (63 yaşında)
Vəfat yeri
  • Qroznı, Çeçen-İnquş MSSR, Rusiya
Fəaliyyəti şair, jurnalist, yazıçı, publisist
Fəaliyyət illəri 1958-ci ildən
Əsərlərinin dili rus dili, Çeçen dili
Janr şeir
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.

Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir. "Çeçen-İnquş xalq şairi" adını alan yeganə qadın şairədir. Çeçen ədəbiyyatında ilk dəfə qadın qəhrəmanları cəmiyyəti həyatına aktiv rol olaraq qatılan fərdlər olaraq göstərmişdir. "Ən bahalı" silsilə əsərində Əhmədova ana vətən, sülh cə dostluq haqqında yazmışdır. Kitabları bir çox SSRİ xalqının dilinə nəşr edilmişdir və bundan əlavə hind, ingilis, fransız, latış və alman dillərinə tərcümə edilmişdir.

İctimai həyatda aktiv rol oynamışdır. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar İttifaqının (1961-1983) rəhbəri, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti (1963-1985) rəhbəri, CPSU XXII Konqresi nümayəndəsi, Dünya Ümumi Silahsızlanma və Sülh Konqresinin üzvü olmuşdur. Uzun illər Sovet Sülh Komitəsinin ən aktiv üzvlərindən biri olmuşdur. Həyatının son illərində Sovet Mədəniyyət Fondunun respublikaçı şöbəsinə rəhbərlik etmişdir.

Bəzi araşdırmaçılar əsərlərinin bütün arxivinin Birinci Çeçen müharibəsi zamanı yox edildiyini irəli sürür.

Əsərləri

  • Хьоме республика (Республика родная) (1957)
  • Бей мне, ветер, в лицо (1959)
  • Иду к тебе (1960)
  • Трудная любовь (1963)
  • Откровение (1964).

Həmçinin bax

  • Çeçenlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Raisa Əhmədova haqqında məlumat. Raisa Əhmədova nədir? Raisa Əhmədova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Çuçelov

  • Fevral 27, 2026

    Saybalı

  • Fevral 28, 2026

    DreamWorks Pictures

  • Fevral 27, 2026

    Tıva dili

  • Fevral 25, 2026

    Birləpəlilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst