Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yayım — audio və ya video məzmunun hər hansı bir elektron kütləvi kommunikasiya vasitəsilə elektromaqnit spektrindən istifadə edilərək auditoriyaya paylanması.

Yayım

  • Ana Səhifə
  • Vikipediya
  • Yayım

Yayım — audio və ya video məzmunun hər hansı bir elektron kütləvi kommunikasiya vasitəsilə elektromaqnit spektrindən istifadə edilərək auditoriyaya paylanması. Yayım ilk dəfə 1920-ci ildə vakuum borulu radioverici və qəbuledicilərin yayılması ilə populyarlaşaraq istifadəyə verilən AM radiosu ilə başladı. Bundan əvvəl, elektron rabitənin əksər tətbiqlərində (erkən radio, telefon və teleqraf) mesaj sadəcə tək bir alıcı üçün nəzərdə tutulmuşdu. "Yayım" termini əkinçilik üsulu kimi tarlaya toxum səpmək ifadəsindən ilhamlanaraq yaranmışdır. Daha sonra çap məhsulları və ya teleqraf vasitəsilə məlumatın geniş yayılmasını təsvir etmək üçün qəbul edildi. Fərdi stansiyanın çoxsaylı dinləyicilərə "birdən çox" radio ötürülməsi üçün tətbiqi nümunələri hələ 1898-ci ildə ortaya çıxmışdı.

Ştutqartda yerləşən yayım antenası

Hava üzərindən yayım adətən radio və televiziya ilə əlaqələndirilir, baxmayaraq ki, son zamanlar həm radio, həm də televiziya yayımları kabel (kabel televiziyası) vasitəsilə yayılmağa başlayıb. Qəbul edən tərəflərə geniş ictimaiyyət və ya nisbətən kiçik alt qrup daxil ola bilər. Məsələ ondadır ki, müvafiq qəbuledici texnologiya və avadanlıq (məsələn, radio və ya televizor) olan hər kəs siqnalı qəbul edə bilər. Yayım sahəsinə həm ictimai televiziya və radio və icma radiosu kimi hökumət tərəfindən idarə olunanlar, həm də özəl kommersiya radiosu televiziyası daxildir. ABŞ-nin Federal Qaydalar Məcəlləsinin 47-ci maddəsinin 97-ci bəndi yayımı "geniş ictimaiyyət tərəfindən qəbul üçün nəzərdə tutulmuş, birbaşa və ya ötürülən yayım" kimi müəyyən edir. Şəxsi və ya ikitərəfli telekommunikasiya ötürmələri bu anlayışa uyğun gəlmir. Məsələn, həvəskar və Si-Bi (vətəndaş) radio operatorlarının yayımına icazə verilmir. Qeyd edildiyi kimi, ötürmə və yayım eyni şeylər deyil.

Radio və televiziya proqramlarının radio və ya televiziya stansiyasından ev qəbuledicilərinə radio dalğaları ilə ötürülməsinə hava (OTA) və ya yerüstü yayım deyilir və əksər ölkələrdə yayım lisenziyası tələb olunur. Kabel televiziyası kimi naqil və ya kabeldən istifadə edən yayımlar (onların razılığı ilə OTA stansiyalarını da təkrar ötürən) də yayım sayılır, lakin mütləq lisenziya tələb etmir (baxmayaraq ki, bəzi ölkələrdə lisenziya tələb olunur). 2000-ci illərdə televiziya və radio proqramlarının axın (ing. streaming) rəqəmsal texnologiyası vasitəsilə ötürülməsi getdikcə daha çox yayım adlandırılmağa başlandı.

Mündəricat

Həmçinin bax

  • Media
  • Dərc
  • Mətbuat
  • Çap
  • Nəşriyyat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yayım haqqında məlumat. Yayım nədir? Yayım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Piçənisçay

  • Fevral 27, 2026

    Kostroma vilayəti

  • Fevral 27, 2026

    Ştaudinger reaksiyası

  • Fevral 27, 2026

    Farslaşmış cəmiyyət

  • Fevral 23, 2026

    Funt sterlinq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst