Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dmitri Anatolyeviç Medvedyev (rus. Дмитрий Анатольевич Медведев; 14 sentyabr 1965[…], Leninqrad, SSRİ) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya

Dmitri Medvedev

  • Ana Səhifə
  • Vikipediya
  • Dmitri Medvedev

Dmitri Anatolyeviç Medvedyev (rus. Дмитрий Анатольевич Медведев; 14 sentyabr 1965[…], Leninqrad, SSRİ) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 3-cü Prezidenti (7 may 2008–7 may 2012), Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədri.

Dmitri Medvedev
rus. Дмитрий Анатольевич Медведев
Vahid Rusiya Partiyasının sədri
Vəzifədədir
30 may 2012-ci ildən
    ƏvvəlkiVladimir Putin
    Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini
    Vəzifədədir
    16 yanvar 2020-ci ildən
      Əvvəlkivəzifə təsis edilib
      Rusiya Federasiyası Hökumətinin başçısı
      8 may 2012 – 16 yanvar 2020
      ƏvvəlkiVladimir Putin
      SonrakıMixail Mişustin
      Rusiya Federasiyasının Prezidenti
      7 may 2008 – 7 may 2012
      ƏvvəlkiVladimir Putin
      SonrakıVladimir Putin
      Rusiya Federasiyası Hökuməti başçısının birinci müavini
      14 noyabr 2005 – 12 may 2008
      Rusiya Federasiyası Prezidentinin Administrasiyasının rəhbəri
      30 oktyabr 2003 – 14 noyabr 2005
      ƏvvəlkiAleksandr Voloşin[d]
      SonrakıSergey Sobyanin[d]
      Şəxsi məlumatlar
      Doğum tarixi 14 sentyabr 1965(1965-09-14)[…] (60 yaş)
      Doğum yeri
      • Leninqrad, SSRİ
      Partiya
      • Vahid Rusiya (2012),
      • Sovet İttifaqı Kommunist Partiyası (1986–1991)
      Təhsili
      • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d] (1982–1987),
      • Sankt-Peterburq Dövlət Universiteti
      Fəaliyyəti hüquqşünas, siyasətçi, iş adamı
      Atası Anatoli Medvedev[d]
      Anası Yulia Medvedeva[d]
      Həyat yoldaşı
      • Svetlana Medvedeva (1993)
      Uşağı
      • İlya Medvedev[d]
      Dini şərqi ortodoks xristianlıq
      Hərbi xidmət
      Qoşun növü Rusiya Silahlı Qüvvələri
      Döyüşlər
      • Şimali Qafqazda konflikt,
      • Rusiya–Gürcüstan müharibəsi,
      • İkinci Çeçenistan müharibəsi,
      • Rusiyanın Ukraynanı işğalı (2022)
      Rütbəsi Rusiya Federasiyasının 1-ci dərəcəli həqiqi dövlət müşaviri[d]
      Elmi fəaliyyəti
      Elm sahəsi siyasət, təhsil, siyasətçi
      Elmi dərəcəsi
      • hüquq elmləri üzrə fəlsəfə doktoru

      Təltifləri 1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2015 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2005 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2020 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Astananın 10 illiyi" medalı — 2008 "Kazanın 1000 illiyi xatirəsinə" medalı — 2005 "III Maqariosa" ordeni "Uasamonqa" ordeni "Şöhrət" ordeni (Ermənistan) — 2011 "Peru günəşi" ordeninin böyük xaçı — 2008 "Xilaskar" ordeni — 2008 "Danaker" ordeni — 2015 Order of the State of Palestine Order of the Star of Palestine — 2011
      Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi "Müqəddəs Sergey Radonejski" ordeni adlı odlu silah mükafatı Prize of the Government of the Russian Federation in the field of education — 2001
      İmzanın şəkli
      da-medvedev.ru
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      Dmitri Medvedyev hüquq elmləri namizədi, dosent, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur.

      Mündəricat

      Həyatı

      Dmitri Medvedyev 1965-ci il sentyabr ayının 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır. Dmitri Medvedyev Sankt-Peterburqun Frunze rayonundakı 305 nömrəli fəxri məktəbi bitirib.

      Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirir.

      Tələbəlik illərində rok musiqisinə maraq göstərən Dmitri, (onun sevimli rok qrupları "Black Sabbath" və "Ossi Osborn" idi) bununla yanaşı, idmanın ağır atletika növündə də özünü sınayıb.

      Dmitri Medvedyev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Digər tərəfdən, Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini, Sankt-Peterburq meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olur.

      Fəaliyyəti

      Dmitri Medvedyev və İlham Əliyev. Bakı, 3 iyul 2008

      Dmitri Medvedyev 1993-cü ildə meşə sənayesi bazarında Rusiyanın nəhəng şirkətlərindən hesab edilən "İLİM PALP İNTERPRİCE" şirkətinin qurucularındandır. Bu şirkətdə hüquqi məsələlər üzrə direktor vəzifəsini icra edən D. Medvedyev səhmlərin 20%-ə malik idi.

      O, 1999-cu ildə Rusiya Federasiyası Hökumət Aparatının Rəhbəri Dmitri Kozakın müavini təyin olunur.

      1999–2000-ci illərdə o, Rusiya Federasiyasının-nin prezident administrasiyası rəhbərinin müavini postuna təyin olunur. D. Medvedyev prezident seçkiləri zamanı V. Putinin seçkiqabağı qərargahına rəhbərlik edir.

      2000–2003-cü illərdə Rusiya Federasiyasının Prezident administrasiyası rəhbərinin birinci müavini olan D. Medvedyev 2003-cü ilin noyabr ayından 2005-ci ilədək Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.

      2005-ci ilin noyabrında D. Medvedyev baş nazirin birinci müavini təyin olunur və Rusiya milli proqramlarına rəhbərlik edir.

      2007-ci il dekabr ayının 10-da "Yedinaya Rossiya" partiyasından prezidentliyə namizədliyini irəli sürülən Dmitri Medvedyevin namizədliyini digər bir neçə partiya da dəstəkləyib. Bundan sonra Prezident V. Putin də onun namizədliyini dəstəklədiyini bildirir.

      D. Medvedyevin prezidentliyə namizədliyi keçmiş Yeltsin komandasının üzvlərinin və Putinin maraqları ilə üst-üstə düşürdü.

      2008-ci ilin mart ayında keçirilən prezident seçkilərində Rusiya Federasiyasının növbəti, 3-cü Prezidenti seçilir. 7 may 2008-ci ildə onun andiçmə mərasimi keçirilir.

      Dmitri Medvedyev 2012-ci il Rusiya Federasiyası Prezidenti seçkilərində iştirak etməyəcəyini və bu vəzifəyə Vladimir Putinin namizədliyini irəli sürdüyünü elan edib.

      Dinə münasibəti: Qərb mətbuatında yer alan bir xəbərdə V. Putin Yunanıstanda pravoslav kilsəsinin restavrasiyası üçün Dmitrinin köməyi ilə Kovalçuk qardaşlarına məxsus "Rusiya" bankı vasitəsilə bir neçə milyon dollarlıq əməliyyat aparıb. Dmitrinin həyat yoldaşı Svetlana da xeyriyyə təşkilatının sədridir.

      2007-ci ildə Dmitri Medvedyev Kazanda olarkən bildirib: "Dini maariflənmənin səviyyəsinin inkişaf etdirilməsi hökumətin, dini icmaların və milli təhsil sisteminin vəzifəsidir". Bununla yanaşı, Medvedyev çıxışında dini təhsil müəssisələrinin öz təhsil proqramlarını dövlət standartlarına uyğun təyin etməsi hüququnun bu müəssisələrə həvalə edilməsi istiqamətindəki təkliflərinə də müsbət yanaşdığını vurğulamışdır.

      Medvedyev Kazanda sözügedən çıxışında müsəlman təşkilatlarının nümayəndələrinin Rusiyanın ənənəvi müsəlman dini liderlərinin federal telekanallarda çıxışına dair təkliflərini də dəstəkləmişdi.

      Maraqlıdır ki, Medvedyev dini fəaliyyətin orduda da mövcudluğuna nəinki müsbət yanaşır, eləcə də bunun məqsədəuyğun olacağını düşünür.

      Məhz, bu səbəbdən Dmitirinin namizədliyini Rusiya Pravoslav Kilsəsi, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Ruhani İşlər İdarəsi, habelə Rusiyadakı Yəhudi Dini Konqresi də dəstəkləmişdi.

      Həmçinin bax

      • O sizə Dimon deyil (sənədli film, 2017)

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dmitri Medvedev haqqında məlumat. Dmitri Medvedev nədir? Dmitri Medvedev nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 27, 2026

        Bentonit

      • Fevral 27, 2026

        Xanlar Paşabəyov

      • Fevral 27, 2026

        Ağdam (şəhər)

      • Fevral 24, 2026

        Tikinti

      • Fevral 27, 2026

        Sahib Paşazadə

      Trend Mahnılar
      • Fevral 17, 2026

        Selale Sesli - Gel mene addim addim Remix

      • Fevral 21, 2026

        Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

      • Fevral 21, 2026

        Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

      • Fevral 25, 2026

        Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

      • Fevral 17, 2026

        Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst