Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amfiteatr (yun. άμφιϑέατρον) — Qədim Romada kütləvi tamaşa üçün nəzərdə tutulmuş monumental tikili. Adətən örtüksüz, ellipsvarı planda inşa edilən amfiteatrları

Amfiteatr

  • Ana Səhifə
  • Vikipediya
  • Amfiteatr

Amfiteatr (yun. άμφιϑέατρον) — Qədim Romada kütləvi tamaşa üçün nəzərdə tutulmuş monumental tikili. Adətən örtüksüz, ellipsvarı planda inşa edilən amfiteatrların ortasında - mərkəzində divarla əhatələnmiş arena - səhnə olurdu. Onun ətrafında isə tamaşaçılar üçün nəzərdə tutulan və tədricən maili yüksələn, pillə-pillə qalxan oturacaq yerləri var idi. Konstruksiyanın əsasını mürəkkəb tağ və sütun sistemi təşkil edirdi. Tağ və sütunların arasında tağtavanlı qalereyalar və pilləkənlər, arenanın alt hissəsində isə vəhşi heyvanlar üçün qəfəslər və səhnə maşınları yerləşirdi. Qədim Romada amfiteatrlar qladiatorların, vəhşi heyvanların döyüşləri, teatrvarı tamaşalar üçün inşa edilib. Qədim Roma şəhərlərinin, həmçinin Yunanıstan, Türkiyə və s. ölkələrin ərazisində qismən mühafizə olunmuş amfiteatrlar dövrümüzədək qalıb. İtaliyanın Pompey şəhərindəki amfiteatr (e.ə. 80-ci illər) ən qədim memarlıq abidəsi kimi dövrümüzədək qorunub saxlanılıb. Diqqəti daha çox cəlb edən Romadakı Kolizey və Afinadakı Dionis teatrı klassik amfiteatr nümunələridir. Müasirlik baxımından Londondakı “Albert holl”, Nyu-Yorkdakı “Medison-skver-Qarden” kimi amfiteatr tipli tikililərdə konsert, teatr tamaşaları verilir, stadionlarda isə idman yarışları təşkil olunur. 20-ci əsrin 2-ci yarısından üstüörtülü stadionların tikilməsinə üstünlük verilib.

Aspendos Amfiteatrı

Mündəricat

Həmçinin bax

  • Qədim Roma
  • Kolizey

Qalereya

Vikianbarda Amfiteatr ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amfiteatr haqqında məlumat. Amfiteatr nədir? Amfiteatr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ölüm

  • Fevral 27, 2026

    WWW

  • Fevral 27, 2026

    Toledo

  • Fevral 27, 2026

    Bazarcıq (Ermənistan)

  • Fevral 27, 2026

    Plaqioklazlar (mineral)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst