Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol.

Müasir istifadə
- ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir.
- ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır.
Tarixi istifadə
Tərs a Edvard Lluydun "Archaeologia Britannica" (1707) əsərində.
Tərs a Vilyam Praysın "Archaeologia Cornu-Britannica" (1790) əsərində.
Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur. Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir. 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.
Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir.
Populyar mədəniyyətdə
- 1999-cu ildə yayımlanmış "Turn A Gundam" animesinin stilizə olunmuş adı "∀ Gundam" formasındadır.
- Rusiya-Ukrayna istehsalı olan "Maski-şou" verilişinin loqosunda A hərfi tərs formada verilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ɐ haqqında məlumat. Ɐ nədir? Ɐ nə deməkdir?