Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993).
| Vahid Nadirli | |
|---|---|
| |
| 21 fevral 1987 – 1993 | |
Vəzifədədir | |
| 10 noyabr 1993-cü ildən | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1946 |
| Doğum yeri | |
| Vəfat tarixi | 2 avqust 2017 (70–71 yaşında) |
| Vəfat yeri | |
| | |
| Təltifləri | |
Həyatı və fəaliyyəti
Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur.
Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Mükafatları
- "Fəxri dəmiryolçu" döş nişanı
- "Şərəf nişanı" ordeni
- SSRİ Yollar Nazirliyinin xatirə qol saatı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vahid Nadirli haqqında məlumat. Vahid Nadirli nədir? Vahid Nadirli nə deməkdir?
