Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Qrin Kembricdə və Oksfordda təhsil almış, incəsənət magistri dərəcəsinə yiyələnmişdir. Locun dostu olmuşdur. R.Qrin Avropanın bir çox ölkələrinə səyahət

Robert Qrin

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Qrin

Robert Qrin (11 iyul 1558, Noric – 3 sentyabr 1592[…], London) — ingilis dramaturqu və şairi.

Robert Qrin
ing. Robert Greene
Doğum tarixi 11 iyul 1558(1558-07-11)
Doğum yeri
  • Noric, Norfolk qraflığı, İngiltərə
Vəfat tarixi 3 sentyabr 1592(1592-09-03)[…] (34 yaşında)
Vəfat yeri
  • London, İngiltərə krallığı
Təhsili
  • Korpus Kristi Kolleci[d],
  • Kembric Universiteti
Fəaliyyəti dramaturq, yazıçı, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Robert Qrin Kembricdə və Oksfordda təhsil almış, incəsənət magistri dərəcəsinə yiyələnmişdir. Locun dostu olmuşdur. R.Qrin Avropanın bir çox ölkələrinə səyahət etmiş, dilənçi kimi dünyasını dəyişmiş, bir yazıçı kimi öz qələmini müxtəlif janrlarda sınamışdır.

Yaradıcılığı

Nəsr əsərləri içərisində ən maraqlıları Con Lilinin "Evfues" romanına nəzirə kimi və müəyyən mənada onun davamı olan "Evfues Filavtın məzəmməti" əsərini yazmış, bundan başqa o, "Pandosto. Zamanın zəfəri" romanını, "Heç vaxt gec deyil" və "Milyon tövbə hesabına alınmış qəpik quruşluq ağıl" pamfletlərini də qələmə almışdır. Bu əsərində R.Qrin qəzəblə Vilyam Şekspirə hücum edir, onu başqalarının lələkləri ilə bəzənmiş bambılı qarğa adlandırır. Qrinin səkkiz pyesi ölümündən sonra nəşr edilmişdir. Bunlardan ən məşhurları "Sərsəm Roland", "Rahib Bekon və rahib Bonqanın son dərəcə ləyaqətli tarixi", "Kral IV Ceymsin şotland tarixi" və "Vekfild səhra qoruqçusu Corc Qrin haqqında komediya" əsərlərini göstərmək olar. R.Qrin çox məhsuldar yazıçı olmuşdur. O özünün yeni ədəbi janrını — "məhəbbət pamfletləri" janrını təklif etmişdir. Bu janr əsas etibarilə çox da böyük olmayan povestlərdən ibarət idi. Qrinin povest-pamfletləri öz dövründə çox populyar olmuş, oxucular tərəfindən maraqla qarşılanmışdı. Vilyam Şekspir onun "Pandos to" povesti əsasında "Qış nağılı" pyesini yazmışdır. Bəzən R.Qrinin "pamfletləri" öz adına uyğun olaraq publisistik səciyyə daşıyırdı, günün aktual problemlərinə həsr olunurdu. Bunlardan "Oğru pamfletləri" (1591–1592) və "Məxmər və kətan şalvarın mübahisəsi"(1592) əsərlərini göstərmək olar. "Şalvarların mübahisəsi" alleqorik əsərində R.Qrin təzə-təzə çiçəklənməyə başlayan yarızadəgan, yarıburjua təbəqəsinə soxulan "bambili" Qabriel Harveyin dərsini vermişdir. Məxsus olduğu təbəqəsinə, istedadına və ruhuna görə zadəgan olan R.Qrin, təbəqələşmədə ədəbiyyat sahəsində olan "bambili"-lara qarşı mübarizə aparmağı özünə borc bilmişdir. Belə ki, "Milyon tövbə qiymətinə alınmış sağlam düşüncə dənəciyi" (1592) adlı pamfletində o, gözlənilmədən aktyor təbəqəsindən çıxmış va dramaturgiyanın ətəyinə sığınmış- aktyor dərisinə bürünmüş, şir ürəyinə malik olan, bizim lələklərimizlə bəzənmiş qarğanı, bizim ölkədə səhnəni silkələyəcəyini (Shake Scene) düşünən növbəti bir bambilini ifşa etmişdir. Bu bambili onun fikrincə Nizəsini Silkələyən Şekspir (Shakespeare) idi. O, səhnəyə xalq balladalarına əsaslanan ingilis xalq teatrının ruhunu gətirmişdir. Bu, xüsusilə onun "Vekfild səhra qoruqçusu Corc Qrin haqqında komediya" əsərində aydın şəkildə görünməkdədir. Bu əsərin qəhrəmanı bir qədər kobud və cazibədar yomen Yaşıl Corcdur. O, yaşıl rəngli gödəkçə geyindiyinə görə belə adlanır (Robin Hudun özü və igidləri yaşıl dəridən gödəkcə geyinirdilər), yaşıl sözü həm də müəllifin adına uyğundur (green). Bu əsərdə deyilir ki, Vekfild ətrafında vəzifə borcunu yerinə yetirən Yaşıl Corc, XIV əsrdə baş vermiş ingilis-şotland müharibəsinin həlledici hadisələrindən birinin iştirakçısı olur. O, şotland ordusunun qalıqlarını və kral Şotlandiyalı Aleksandrı bir talaya sıxışdırır va şotlandlar burada III Eduardın əsiri olurlar. Şəhər ağsaqqalanın Vekfildi şotlandlara və krala xəyanət etmiş, satqın və üsyankar lordlara təhvil verməyə hazır olduqları zaman sadə gənc Yaşıl Corc şəhəri xilas edir, düşmənlər və lovğa lordlar üzərində qələbə qazanır. Kral Eduard Corca cangavər adı vermək istədikdə isə bu cəsur sadə adam bundan imtina edir: o, yomen, azad kəndli olaraq şəhər tarlalarını və öz sevgilisini qorumağa üstünlük verir. Onun sevgilisi Robin Hud balladalarında olan Merianı xatırladır. Qrinin başqa bir əsəri isə "Rahib Bekon və rahib Bonqanın son dərəcə ləyaqətli tarixi" adlanır. Bu əsərdə ingilis sehrbazları, falçıları təsvir olunmuşdur. Bu əsərin qəhrəmanının prototipi çox güman ki, müəllifin müasiri Frensis Bekon deyil, XIII əsrdə yaşamış Orta əsrlər filosofu Rocer Bekondur. O, görkəmli filosof, alim olmaqla yanaşı K.Marlonun qəhrəmanı Faust kimi öz sehrbazlıq möcüzələri ilə məşhur olmuşdur.

Həmçinin bax

  • Rocer Bekon
  • Vilyam Şekspir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Qrin haqqında məlumat. Robert Qrin nədir? Robert Qrin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Enrike İqlesias

  • Fevral 27, 2026

    Horadiz əməliyyatı

  • Fevral 27, 2026

    Məsimli

  • Fevral 27, 2026

    Vladimir Komarov

  • Fevral 27, 2026

    Ağa hamamı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst