Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qirokastra (alb. Gjirokastra və ya alb. Gjirokastër) — Albaniyada şəhər. Qirokastra əyalətinin və Qirokastra bələdiyyəsinin mərkəzidir.

Qirokastra

  • Ana Səhifə
  • Vikipediya
  • Qirokastra

Qirokastra (alb. Gjirokastra və ya alb. Gjirokastër) — Albaniyada şəhər. Qirokastra əyalətinin və Qirokastra bələdiyyəsinin mərkəzidir.

Qirokastra
Gjirokastër
Gjirokastra
Gerb
Gerb
40°04′32″ şm. e. 20°08′20″ ş. u.HGYO
Ölkə
  •  Albaniya
Tarixi və coğrafiyası
Sahəsi
  • 59 ha
Mərkəzin hündürlüyü 190 m, 286 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 19.400 nəf. (2012)
Rəqəmsal identifikatorlar
Telefon kodu +355 084
Poçt indeksi 6001–6003
Digər
bashkiagjirokaster.gov.al
Xəritəni göstər/gizlə
Qirokastra xəritədə
Qirokastra
Qirokastra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qirokastra muzey şəhəri statusuna malikdir və Albaniya kommunistlərinin lideri Ənvər Xocanın doğulduğu yer kimi tanınır.

2005-ci ildə şəhər, Osmanlı İmperiyası zamanından bu günə kimi yaxşı qorunan şəhər olaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mündəricat

Yerləşməsi

Şəhər Albaniyanın cənubunda yerləşir. 2015-ci ildə şəhərin mərkəzi olduğu Qirokastra bələdiyyəsində ərazi dəyişikliyi baş verir. Albaniyada baş tutan yerli hökumət islahatında keçmiş Antiqone, Cepo, Qirokastra, Lazarat, Lunceri, Odrie və Picar bələdiyyələrinin birləşməsi nəticəsində yeni bələdiyyə formalaşır. Qirokastra şəhəri isə, bələdiyyənin mərkəzi olur.

Adı

Şəhər tarixi qeydlərdə ilk dəfə 1336-cı ildə İohann VI Kantakuzenosun tərəfindən, Arqirokastron (q.yun. Αργυρόκαστρον) kimi qeyd edilib. Bu ad argyron (q.yun. ἀργυρόν) və latın dilində olan Kastrum (lat. castrums) sözündən götürülmüş, "qala" və ya "qəsr" mənasını verən, kástron (q.yun. κάστρον) sözlərindən yaranmış və "gümüş qala" mənasını verir. Bizans salnamələrində də oxşar addan, gümüç çəhər mənasını verən Argyropolýchni (q.yun. Αργυροπολύχνη) adından istifadə olunurdu.

Şəhərin 19-cu əsr müəllifi Kostas Kristallis və İsmayıl Kadarenin haqqında romanlar yazdıqları əfsanəvi şahzadə Arcyironun adını alması nəzəriyyəsi, şahzadənin daha sonra, 15-ci əsrdə yaşadığı söyləndiyi üçün xalq etimologiyası hesab edilir.

Şəhər adının dəqiq alban forması qirokastradır, Qheq Alban ləhcəsində isə Gjinokastër kimi tanınır, hər ikisi də yunan adıdır.

Osmanlı dövründə şəhər türkcə Ergiri kimi tanınırdı.

Tarixi

Qirokastranın yerində ilk yaşayış məskəni eramızdan əvvəl I əsrə aiddir.

Şəhərin yaranması 12-ci əsrə təsadüf edir. O zaman şəhər Bizans imperiyasının Epirus əyalətinin bir hissəsi idi və Argiropolis (Gümüş Şəhər) və ya Argyrokastron (Gümüş Qala) adlanırdı.

14-cü əsrdə Yunan Epir knyazlığının (Epir despotluğu) bir hissəsi olur.

1417-ci ildə Osmanlı İmperiyasının tərkibinə daxil edilir.

19-cu əsrin sonlarında Albaniyanın müstəqilliyi uğrunda mübarizənin mərkəzlərindən birinə çevrilir.

1913-cü ilin məlumatlarına görə şəhərdə 10 min alban və 2 min yunan yaşayırdı.

Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Alban Krallığına təhvil verilənə qədər Yunan ordusunun nəzarəti altında olur.

İkinci Dünya müharibəsi illərində ardıcıl olaraq İtaliya, Yunan və Alman qoşunları tərəfindən işğal edilir.

Kommunist rejimi dövründə şəhər Ənvər Xocanın doğulduğu yer kimi muzey elan edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qirokastra haqqında məlumat. Qirokastra nədir? Qirokastra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    VBİS

  • Fevral 27, 2026

    Ruhban təbəqəsi

  • Fevral 23, 2026

    Hicri-şəmsi təqvimi

  • Fevral 27, 2026

    Şirvan (Azərbaycan)

  • Fevral 27, 2026

    Abakan çayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst