Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Peridural anesteziya, epidural anesteziya (yun. περί — ətrafına, dövrəsinə, əhatəsinə; yun. επί — səth, üst lat. dura mater — sərt qişa; yun. αἶσθησις) qısa ola

PDA

  • Ana Səhifə
  • Vikipediya
  • PDA

Peridural anesteziya, epidural anesteziya (yun. περί — ətrafına, dövrəsinə, əhatəsinə; yun. επί — səth, üst lat. dura mater — sərt qişa; yun. αἶσθησις) qısa olaraq PDA regional anesteziyanın bir növü.

Peridural anesteziya

Peridural (epidural) anesteziya: peridural boşluğun "müqavimətin itməsi" üsulu ilə əldə edilməsi və kateterin epidural boşluğa yeridilməsi
MeSH D000767
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

  • 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir.
  • 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir.
  • 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy — iynəsi tətbiq edilməyə başlanılmışdır.
  • 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir.

Anatomiya

Onurğa beyni qişaları

Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa beyninin sərt qişası — lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası — lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası — lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası — lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə — lat. exomeninx və daxili səfhə — lat. endomeninx. Bunların arasında maye toplanmağa başlayır; mayenin təzyiqi nəticəsində onların arasında sahə — subdural boşluq — lat. cavum subdurale əmələ gəlir. Sonradan xarici səfhə iki qata ayrılır: xarici və daxili qat. Xarici qat kəllə boşluğunda — sümüküstlüyünü və onurğa kanalında — beynin sərt qişasının xarici səfhəsini, daxili qat isə kəllədə beynin sərt qişasının daxili səfhəsini və onurğa kanalındasərt qişanın özünü (lat. dura mater spinalis) təşkil edir. Xarici və daxili qatların arasında qalan sahəyə kəllədə sərt qişaarası boşluq — lat. cavum interdurale və onurğa kanalında sərt qişaüstü boşluq — lat. cavum epidurale deyilir. Embrional həyatın ikinci yarısında daxilisəfhə də iki qata ayrılır: xarici və daxili qat; xarici qatdan hörümçək torunabənzər qişa (lat. arachnoidea) və daxiliqatdan yumuşaq qişa (lat. pia mater) əmələ gəlir. Bu qişaların arasında sahə meydana çıxır; həmin sahəyə hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq — lat. cavum subarachnoidale deyilir. Yuxarıda qeyd olunan sahələrin hamısı limfa ilə tutulmuş olur.

Peridural anesteziyanın texniki aspektləri

Materiallar
Peridural anesteziyada istfadə edilən Tuh (Tuohy) iynəsi və kateter
  • Vena daxilinə infuziya, Manitorinq: EKQ, pulsoksimetriya, 5 dəqiqəlik fasilələrlə arterial təzyiqin ölçülməsi
  • Pasient əməliyyat masasına əyləşdirilir və ya yanı üstə uzadılır.
  • Sterillik ciddi gözlənilmək məqsədilə icraçı anesteyioloq baş örtüyü, maska, steril xalat və əlcək geyinməli, punksiya olunacaq dəri sahəsi (bel fəqərələri nahiyəsi) metodoloji olaraq dezinfeksiya edilərək steril materiallarla izolə olunmalıdır!
  • Peridural anesteziya: lumbal III/IV yaxud IV/V, torakal VII/VIII/IX/X fəqərəarası sahədən Tuohy iynəsi ilə punksiya "asılan damcı" və ya "müqavimətin itməsi" texnikası iləicra edilir. Peridural boşluq əldə edildikdən sonra birdəfəlik yerli keyləşdirici məhlul yeridilir ya da uzun müddətli fasiləsiz məhlulu inyeksiya etmək üçün Tuohy iynəsinin mənfəzindən keçirməklə ora kateter yerləşdirilir. Adətən peridural anesteziya doğuşa kömək məqsədilə ağrı və sancıları aradan qaldırmaq məqsədilə tətbiq edilir. Bu zaman doğuşun sezar kəsiyi ilə bitirilməsi labüb olarsa peridural boşluğa qoyulmuş kateter vasitəsilə yerli keyləşdirici preparatın bir qədər artıq %-li məhlulu yeridilərək spinal anesteziyanın effektini əldə etmək mümkündür.

Fəsadları

  • Punksiya yerinin infeksiyalaşması
  • Yerli keyləşdiricinin damar daxili inyeksiyası
  • Hemodinamik problemlər: hipotoniya, bradikardiya
  • Ürəkbulanma
  • Baş ağrıları
  • Sidikburaxmanın pozulması
  • Uğursuz travmatik punksion cəhdlər nəticəsində ağrılar
  • Xüsusən torakal peridural anesteziyada onurğa beyninin zədələnməsi; hemiparezlər ya köndələn iflic
  • Aseptik meningit, araxnoidit, lat. Cauda-equina-syndrom, epidural abses, mielit
  • Total spinal anesteziya
  • Allergik reaksiya; anafilaktik şok

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, PDA haqqında məlumat. PDA nədir? PDA nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Soltan Hacıbəyov

  • Fevral 24, 2026

    Şyokino

  • Fevral 27, 2026

    Comərdli

  • Fevral 27, 2026

    Ev pişiyi

  • Fevral 27, 2026

    Nəhl surəsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst