Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

On əmr - müsəvilik və xrisrian dini ədəbiyyatında "on əmr" kimi adlanan, Allahın Musa peyğəmbərə verdiyi və 2 lövhəyə eyd olunmuş dini və əxlaqi əmrlər toplusu.

On əmr

  • Ana Səhifə
  • Vikipediya
  • On əmr

On əmr - müsəvilik və xrisrian dini ədəbiyyatında "on əmr" kimi adlanan, Allahın Musa peyğəmbərə verdiyi və 2 lövhəyə eyd olunmuş dini və əxlaqi əmrlər toplusu. İlk 3 əmr insan ilə Tanrı arasındakı münasibətləri tənzimləyərkən, sonrakı 7 əmr sosial və əxlaqi səciyyə yaşıyaraq insanlar arasındakı münasibətləri tənzimləyir.

Mündəricat

On əmr

  1. Allahdan başqa ilahın olmayacaq (ancaq ona ibadət edəcəksən).
  2. Özün üçün oyma büt düzəltməyəcəksən.
  3. Allahın adını boş yerə, səbəbsiz çəkməyəcəksən.
  4. Şənbə günü heç bir iş görməyəcəksən.
  5. Atana və anana hörmət edəcəksən.
  6. Adam öldürməyəcəksən.
  7. Zina etməyəcəksən.
  8. Oğurluq etməyəcəksən.
  9. Yalandan şahidlik etməyəcəksən.
  10. Qonşularının heç biri şeyinə dök dikməyəcəksən.

İudaizmdə yeri

Tövratın "Çıxış" qismində Musa peyğəmbər, onun firon ilə üzləşməsi, israiloöullarını Misirdən çıxarması və sonrakı proseslər geniş təsvir olunur.

Xristianlıqda yeri

Matta incilinin 22-ci fəslinin 34-40-cı ayələrində belə qeyd olunur: "Fariseylər İsanın sadukeyləri susdurğuğunu eşidəndə bir yerə toplaşdeılar. onlardan biri olan qanunşünas İsanı sınamaq mqəsədi ilə Ondan bunu soruşdu: "Müəllim, Qanunda ən böyük əmr hansıdır?". İsa ona dedi: "Rəbbi bütün qəlbinlə, bütün varlığınla (ruhunla) və bütün düşüncənlə (ağlınla) sev". Bu, böyük və əsas əmrdir. Buna bənzəyən ikincisi budur: "Qonşunu özün kimi sev. Bütün Qanun və peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır."

On əmrə münasibət xristianlığın müxtəlif məzhəblərinə görə fərqlənir.

İslamda yeri

Quranın müxtəlif surələrdə verilmiş hökmləri və ya xəbərləri on əmr ilə örtüşür.1-ci əmr quranın və islamın təməli olan tövhid inancıdır və Bəqərə surəsi 163 və Ənam surəsi 19-cu ayədə öz əksini tapıb.

2-ci əmr açıq şəkildə bütpərəsliyi, Allaha şərik qoşmağı qadağan edir. Bu qadağa Quranın Nisa surəsinin 36, 116 və 171-ci, Ənam surəsinin 151-ci, Əraf surəsinin 191-195-ci, Yunus surəsinin 18-ci və Nahl surəsinin 20-ci ayəsində yer alır.

3-cü əmr - Allahın adının boş yerə çəkilməməsi və ya Allahın adından istifadə edərək yalandan ona and içilməsi Quranda da qadağan olunmuşdur. Bu haqda Bəqərə surəsi nin 224, Maidə surəsinin 89 və Nahl sürəsi 91-ci ayələrində müvafiq hökmlər var.

Quranın təməlləri 10 əmr ilə örtüşsə də, Quranın 16-cı surəsi olan ən-Nəhl (Bal arısı) surəsinin 124-ci ayəsində şənbə günü ilə bağlı hökmün ancaq yəhudilərə aid olduğu bildirilir.

5-ci əmr - valideynlərə hörmət etmək və onlara qayğı göstərmək hökmünün Musa və onun qövmünə vacib buyrulması Bəqərə surəsinin 83-cü ayəsində təsdiqlənir; eyni hökm İsra surəsinin 23-cü ayəsində də təkrarlanır.

Heç kəsin öldürməmək hökmü təkcə ibrahimi dinlərdə deyil, əksər dinlərdə yer alır və universal dəyərlərdən biri kimi çıxış edərək şəriət və ya hüquq sistemlərinin təməllərindən birini təşkil edir. Kimisi öldürməmək əmrinin Musa peyğəmbərə verilməsi quranda Bəqərə surəsinin 84-cü və Maidə sursəinin 32-ci ayələrində qeyd olunur.

Zina etməmək əmri Quranda Nur surəsinin 30-31-ci ayələrində açıqca qeyd olunub.

Quranın Maidə surəsi 38-ci ayəsində oğurluğun cəzasının əlin kəsilməsi olduğu göstərilmiş, Mumtəhinə surəsinin 12-ci ayəsində isə oğurluğun etməmənin mömin xüsusiyyəti olduğu qeyd olunub.

Yalandan şahidlik etmımək haqqlnda Quranın Furqan surəsinin 72-ci ayəsində, qonşular ilə yaxşı münasibətdə olmaq haqqında isə Quranın Nisə surəsinin 36-cı ayəsində müvafiq hökm yer alır.

Mədəniyyətə təsiri

  • "On əmr" filmi (1956)
  • Mikalencelonun Musanın heykəlində Musa peyğəmbər əlində on əmr ilə təsvir olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, On əmr haqqında məlumat. On əmr nədir? On əmr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gədəzeyxur

  • Fevral 27, 2026

    Havanın temperaturu

  • Fevral 27, 2026

    Qustav Kirxhof

  • Fevral 27, 2026

    Səbzəvar ekspedisiyası

  • Fevral 27, 2026

    Aqata Kristi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst