Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kolxoz (rus. коллективное хозяйство söz birləşməsinin baş hərflərinin birləşməsi; kollektiv təsərrüfat) — SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd

Kolxoz

  • Ana Səhifə
  • Vikipediya
  • Kolxoz

Kolxoz (rus. коллективное хозяйство söz birləşməsinin baş hərflərinin birləşməsi; kollektiv təsərrüfat) — SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün 1930–1980-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi. 1979-cu ildə SSRİ-də 26,5 min kolxoz və onların tərkibində 12,9 milyon kolxozçu həyəti var idi. Kolxozlar Vladimir Leninin kooperativ planı əsasında yaradılmışdır. Kolxoz kəndlilər üçün kommunizm məktəbi rolunu oynamışdır. Sovet İttifaqı Kommunist Partiyası Proqramında yazılmışdır: "Kolxoz quruluşu sovet sosialist cəmiyyətinin ayrılmaz hissəsidir. Bu yol V. İ. Leninin göstərdiyi, tarixən yoxlanılmış və kəndlilərin xüsusiyyətlərinə uyğun olan bir yoldur, onların tədriclə kommunizmə keşməsi yoludur".

Mündəricat

Formaları

SSRİ-də kolxozların 3 forması olmuşdur. Onlar kənd təsərrüfatı kommunası, torpağı birgə becərmək şirkəti (TBŞ), kənd təsərrüfatı arteli. Bunlar arasında əsas fərq istehsal vasitələrinin ictimailəşdirilməsi dərəcəsindən və gəlirlərin bölüşdürülməsi qaydasından ibarətdir. Kənd təsərrüfatı artellərində torpaqdan istifadə, əmək və əsas istehsal vasitələri, iş heyvanları, texnika, məhsuldar heyvanlar, təsərrüfat tikililəri və s. ictimailətdirilirdi. Kolxozçunun şəxsi mülkiyyətində yaşayış evi və həcmi Nizamnamədə müəyyən edilən yardımçı təsərrüfat, o cümlədən məhsuldar heyvan qalırdı. 1930-cu illərin əvvəllərində kənd təsərrüfatı kommunaları və TBŞ-lər kənd təsərrüfatı arteli nizamnaməsinə keçmişdir. Kənd təsərrüfatı arteli kolxozların əsas və vahid forması olmuş, bu Kolxozun Numünəvi Nizamnaməsində əksini tapmışdır. Kolxozun qarşısında duran əsas vəzifələr ictimai təsərrüfatı inkişaf etdirməkdən, əmək məhsuldarlığını və ictimai istehsalın səmərəliliyini yüksəltməkdən, intensivləşdirməkdən, onların texniki təchizatını yaxşıladırmaqdan, kənd təsərrüfatı məhsulu istehsalını və dövlətə satışını artırmaqdan, texniki tərəqqinin tətbiqindən, həmçinin kolxozçuların, kommunist tərbiyəsi, ictimai həyata cəlb edilməsi, sosializm yarışının inkişaf etdirilməsi sahəsində iş aparmaqdan, kolxozçuların artan maddi və mədəni tələbatını dolğun etməkdən, kəndləri tədriclə abadlaşdırmaqdan ibarət idi.

SSRİ kənd təsərrüfatı strukturu

Sovet İttifaqında kolxozlar və sovxozlar: fermaların sayı, ortalam sahəsi və aqrar istehsalatdakı payı

İlKolxozların sayıSovxozların sayıKolxoz sahəsi, haSovxoz sahəsi, haKolxozların payıSovxozların payıFərdi istehsalatın payı
196044,0007,4006,60026,20044%18%38%
196536,30011,7006,10024,60041%24%35%
197033,00015,0006,10020,80040%28%32%
197528,50018,1006,40018,90037%31%32%
198025,90021,1006,60017,20035%36%29%
198526,20022,7006,50016,10036%36%28%
199029,10023,5005,90015,30036%38%26%

Mənbə: SSRİ-nin Statistik İllik Kitabı, müxtəlif illər, SSRİ Dövlət Statistika Komitəsi, Moskva.

Həmçinin bax

  • Sovxoz
  • Kibbutz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kolxoz haqqında məlumat. Kolxoz nədir? Kolxoz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ramiz Cəbrayılov

  • Fevral 27, 2026

    Elektrodinamika

  • Fevral 27, 2026

    Türkiyə coğrafiyası

  • Fevral 27, 2026

    II Artaksias

  • Fevral 27, 2026

    Kevin Mitnik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst