Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis – 30 mart 1951, Tbilisi) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elml

Adilə Şahtaxtinskaya

  • Ana Səhifə
  • Vikipediya
  • Adilə Şahtaxtinskaya

Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis – 30 mart 1951, Tbilisi) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın.

Adilə Şahtaxtinskaya
Adilə İsa sultan qızı Şahtaxtinskaya
Doğum tarixi 17 aprel 1894(1894-04-17)
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 30 mart 1951(1951-03-30) (56 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Görkəmli Azərbaycanlılar panteonu
Atası İsa Sultan Şahtaxtinski
Elm sahəsi ginekologiya
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • Azərbaycan Tibb Universiteti
Tanınır Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın

Həyatı

Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.

Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

Həmçinin bax

  • Şahtaxtinskilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adilə Şahtaxtinskaya haqqında məlumat. Adilə Şahtaxtinskaya nədir? Adilə Şahtaxtinskaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sahib Paşazadə

  • Fevral 27, 2026

    Filip Vuyanoviç

  • Fevral 28, 2026

    Yozef Haydn

  • Fevral 27, 2026

    Bəyyinə surəsi

  • Fevral 27, 2026

    Rus mətbəxi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst