Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 187

Yelena Stasova

  • Ana Səhifə
  • Vikipediya
  • Yelena Stasova

Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 1873, Sankt-Peterburq – 31 dekabr 1966, Moskva) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosialist Əməyi Qəhrəmanı (1960).

Yelena Stasova
rus. Елена Дмитриевна Стасова
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri
9 sentyabr 1920 – 15 sentyabr 1920
ƏvvəlkiViktor Naneyşvili
SonrakıVladimir Dumbadze
Rusiya Kommunist (bolşeviklər) Partiyasının məsul katibi
25 mart 1919 – 29 noyabr 1919
Əvvəlkivəzifə təsis edilib
SonrakıNikolay Krestinski[d]
Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd
13 aprel 1919 – 26 sentyabr 1919
Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Bürosunun üzvü
11 mart 1919 – 25 mart 1919
Şəxsi məlumatlar
Doğum tarixi 3 (15) oktyabr 1873(1873-10-15)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 31 dekabr 1966(1966-12-31) (93 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Kreml divarı nekropolu
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1898–1966)
Fəaliyyəti siyasətçi
Dini ateizm
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1960
"Lenin" ordeni — 1933 "Lenin" ordeni — 1953 "Lenin" ordeni — 1956 "Lenin" ordeni — 1960 "Lenin" ordeni — 1963
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb. 1905–1906-cı illərdə İsveçrədə mühacirətdə olub.

1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub, elə həmin il də həbs edilib. 1907-ci ildə Qafqaza gəlib və 5 il Tiflisdə çalışıb. 1912-ci ildə Peterburqa gedib və valideynlərinin mənzilində həbs olunub. 3 il Yenisey quberniyasında sürgündə olub və Beya kəndindəki evində hələ də xatirə lövhəsi var. 1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub.

1938–1946-cı illərdə "Beynəlxalq ədəbiyyat" jurnalının redaktoru olub. Müharibə illərində xarici dilləri bildiyi üçün cəbhəyə getmək istəsə də, icazə verilməyib.

1942-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. 5 dəfə Lenin ordeni ilə təltif edilən Yelena Stasova 1966-cı ildə Yeni il axşamında Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub.

İrsi

Moskvada yaşadığı binaya xatirə lövhəsi vurulub. Sankt-Peterburqda bir küçə və İvanovoda Beynəlxalq Uşaq Evi onun adını daşıyır.

Əsərləri

  • "Страницы жизни и борьбы". М., 1960. —

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yelena Stasova haqqında məlumat. Yelena Stasova nədir? Yelena Stasova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    Əhali sıxlığı

  • Fevral 27, 2026

    Liam Nison

  • Fevral 27, 2026

    Kriket

  • Fevral 27, 2026

    Gilançay

  • Fevral 27, 2026

    Bəxtiyari dialekti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst