Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arxeoloji abidələr (yun. archaios — qədim) — keçmişdən bu günə (tarixdən əvvəlki və ya tarixi dövrlər) izlər daşıyan və arxeologiyanın əhatə dairəsinə daxil ola

Arxeoloji abidələr

  • Ana Səhifə
  • Vikipediya
  • Arxeoloji abidələr

Arxeoloji abidələr (yun. archaios — qədim) — keçmişdən bu günə (tarixdən əvvəlki və ya tarixi dövrlər) izlər daşıyan və arxeologiyanın əhatə dairəsinə daxil olan yer və ya yerlərin ümumi adıdır.

Monte Alban, Meksikanın Oaxaca şəhərində yerləşən Zapotek arxeoloji abidəsi

Arxeoloji abidənin dəqiq sərhədlərini müəyyən etmək üçün arxeoloq adətən həmin yaşayış məntəqəsinin təsir sərhədlərini bilməlidir.

Arxeoloji abidələrə, əsasən,insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.

Arxeoloji abidələr ənənəvi olaraq yaşayış yeri və artefaktların mövcudluğuna görə təsnif edilir. Arxeoloji abidələrdə ocaq və ev qalıqlarına tez-tez rast gəlinir. Arxeoloji qazıntılarda heyvan (sümük parçaları) və bitki qalıqları kimi bioloji materiallara da çox rastlanır. Qaya parçaları paleolit ​​və mezolit dövrləri üçün səciyyəvi materiallardır.

Ümumiyyətlə insanların fəaliyyəti nəticəsində əmələ gələn arxeoloji abidələr (obyektlər) tamamilə təbii proseslər nəticəsində də məhv ola bilər. Zamanla yer altında qalan mədəni sərvətlərin qorunma şansı insan təsirinə açıq olan mədəni sərvətlərə nisbətən daha çoxdur. Tropik meşələrdə və sıx bitki örtüyü olan ərazilərdə qalıqlar qısa müddətdə torpaqla örtülə bilər. İnsanların şüurlu və ya şüursuz hərəkətləri də arxeoloji abidələrin torpaq altında qalmasına səbəb olur. Dağıntılar üzərində insanların daha sonra qurub yaratdıqları yeni yaşayış yerləri şəhər arxeologiyasının maraq dairəsindədir.

Kommos arxeoloji abidəsi, Krit adası, Yunanıstan

Həmçinin bax

  • Arxeologiya
  • Artefakt
  • Nekropol

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arxeoloji abidələr haqqında məlumat. Arxeoloji abidələr nədir? Arxeoloji abidələr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xoy livası

  • Fevral 27, 2026

    Mil

  • Fevral 27, 2026

    Planşet

  • Fevral 26, 2026

    I Yelizaveta

  • Fevral 27, 2026

    Paleolit dövrü

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst