Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan ya

Fatalizm

  • Ana Səhifə
  • Vikipediya
  • Fatalizm

Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. İlk əvvəl fatalizm mifologiyada insanların və hətta Allahların mənası, məqsədi olmayan kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi inkişaf etdirilmişdir.

Yunan tale ilahələri

Fəlsəfədə fatalizm müxtəlif formada təzahür edir. Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn dünya yanğınından sonra hər şey təkrar olunur: qabaqcadan müəyyən edilmiş ahəngdarlıq haqqında Leybinits təlimində monadaların qarşılıqlı təsiri Allah tərəfindən qabaqcadan müəyyənləşdirilibdir; Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir; Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız aləti kimi meydana çıxır. Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və b.) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin eyniləşdirliməsi də fatalizmə gətirib çıxarmışdır.

Teoloji fatalizm tarixin və insan həyatının hadisələrinin Allahın iradəsiilə qabaqcadan müəyyən edilməsinə əsaslanır; teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir.

Ədəbiyyat

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fatalizm haqqında məlumat. Fatalizm nədir? Fatalizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Tenor

  • Fevral 27, 2026

    Makemake

  • Fevral 27, 2026

    Seyidağa Mövsümlü

  • Fevral 27, 2026

    Krasnoufimsk

  • Fevral 27, 2026

    Martin Beyerink

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst