Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seyidağa Mövsümlü (1 avqust 1954, Ucar – 25 iyun 2018, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun ilk hərbi operatoru.

Seyidağa Mövsümlü

  • Ana Səhifə
  • Vikipediya
  • Seyidağa Mövsümlü

Seyidağa Mövsümlü (1 avqust 1954, Ucar – 25 iyun 2018, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun ilk hərbi operatoru.

Seyidağa Mövsümov
Doğum tarixi 1 avqust 1954(1954-08-01)
Doğum yeri Ucar rayonu
Vəfat tarixi 25 iyun 2018(2018-06-25) (63 yaşında)
Vəfat yeri Bakı şəhəri
Fəaliyyəti operator

Mündəricat

Həyatı

Seyidağa Fəyyaz oğlu Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə–sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. S. Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Birinci Qarabağ müharibəsini lentə alan ilk operatorlardandır. O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub. O, 1991-ci ilin oktyabrında könüllü olaraq Azərbaycan ordusuna daxil olub. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun — Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb. Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş şair Ramiz Duyğunun, general Zaur Rzayevin təklifi ilə 19 fevral 1992-ci ildən nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayır. 2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb. 1991-ci il dekabrın 19-da Xocalı rayonunun Kərkicahan qəsəbəsinin müdafiəsi zamanı ayaq nahiyyəsindən yaralanan S.Mövsümlü, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı zamanı şəkər xəstəliyinə düçar oldu. Bəli, bəli, məhz soyqırım zamanı o dəhşətli kadrları videolentin yaddaşına köçürərkən Seyidağa Mövsümlü şəkər xəstəliyinə tutuldu. 25 iyun 2018-ci ildə vəfat edib.

Filmoqrafiya

  1. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
  2. Kökdən düşmüş piano (film, 1982)
  3. Bağışla (film, 1983)
  4. Göz həkimi (film)
  5. Gülüş sanatoriyası (film, 1989)
  6. Səndən xəbərsiz (film, 1985)
  7. Sən həmişə mənimləsən (film, 1987)
  8. Səmədbəy (film, 1995)
  9. Pəncərədə işıq (film, 1987)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seyidağa Mövsümlü haqqında məlumat. Seyidağa Mövsümlü nədir? Seyidağa Mövsümlü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təngəbin

  • Fevral 27, 2026

    Gümüşlü

  • Fevral 27, 2026

    Avqustin Avrelius

  • Fevral 27, 2026

    Dari

  • Fevral 27, 2026

    Müdafiə (futbol)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst