Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail Vasilyeviç Lomonosov (8 (19) noyabr 1711[…] – 4 (15) aprel 1765[…], Sankt-Peterburq[…]) — dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist,

Mixail Lomonosov

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Lomonosov

Mixail Vasilyeviç Lomonosov (8 (19) noyabr 1711[…] – 4 (15) aprel 1765[…], Sankt-Peterburq[…]) — dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik. Vaxtilə fiziki kimyayaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib.. Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki qanunlar işləmək mümkün oldu..Şüşə haqqında elmin əsasını qoyub.

Mixail Lomonosov
Михаил Васильевич Ломоносов
Doğum tarixi 8 (19) noyabr 1711(1711-11-19)[…]
Vəfat tarixi 4 (15) aprel 1765(1765-04-15)[…] (53 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası[…]
Dəfn yeri
  • Lazarev qəbiristanlığı[d]
Elm sahələri təbiətşünaslıq, kimya, fizika, mineralogiya, tarix, filologiya, metallurgiya, fəlsəfə, astronomiya
İş yerləri
  • Moskva Dövlət Universiteti,
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Marburq Universiteti
Təhsili
  • Slavyan-Yunan-Latın Akademiyası (1731–1734),
  • Marburq Universiteti (1736–1739),
  • Frayberq Texniki Universiteti
Elmi rəhbəri Xristian Volf
Tanınmış yetirməsi Stepan Rumovski
Tanınır Peterbur EA-nın akademiki.
Üzvlüyü
  • İsveç Kral Elmlər Akademiyası (1760),
  • Rusiya Elmlər Akademiyası (1742),
  • Peterburq Elmlər Akademiyası,
  • İmperator Rəssamlıq Akademiyası (1763)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O həmçinin astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb.

Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. venera planetinin atmosferinin mövcudluğunu kəşf edib..

Elmi fəaliyyəti

M. V. Lomonosovun büstü. Heykəltəraş F. Şubin. 1792. M. Lomonosov Muzeyi. Sankt-Peterburq

M. Lomonosov özünün fəaliyyətində elmin bütün əsas sahələrini əhatə edə bilib. Onları əsaslı şəkildə işləyib, dərinliyinə vara bilib. Onun elmi nəticələri hətta indi də müasir elmdə aktual olaraq qalır.

Mixail Lomonosov ensiklopedik insan olduğundan beten məşğul olduğu elm sahələri üzrə ciddi tədqiqatlar apara bilib. Böyük rus şairi Aleksandr Puşkin onun haqqında yazırdı:

"Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin ehtirası idi. Tarixçi, natiq, mexanik, kimyaçı, mineraloq, rəssam, o bunların hamısını keçdi. Birinci olaraq Vətənin tarixinə baş vurdu, qanunlar işləyir, …, fabriklər yaradır, rəssam kimi mozaika hazırlayır və ən əsası şeir dilinin mənbələrini hamıya göstərir."

Alim isə bu barədə deyir: "Heç bir şübhə yoxdur ki, elm elmə kömək edir. Fizika kimyaya, riyaziyyat fizikaya, mənəviyyat elmi və tarix poeziyaya kömək edən kimi."

1761-ci ildə apardığı tədqiqatlar zamanı böyük rus alimi Mixail Vasilyeviç Lomonosov Venera planetində atmosferin olduğunu aşkar etmişdir.

XVIII əsrdə Rusiyada "Coğrafiyanın" inkişafında alimlərin də xüsusi əməyi olmuşdur. Əldə edilmiş müəlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbəb oldu. Bu temini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçinin Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir.

İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M. V. Lomonosov bu elmin inkişafının zəruriliyini göstərmiş və onun əsas istiqamətlərini vermişdir.

1756-cı ildə Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Bununla da təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixail Lomonosov haqqında məlumat. Mixail Lomonosov nədir? Mixail Lomonosov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Endre Adi

  • Fevral 27, 2026

    İsfərayen

  • Fevral 27, 2026

    Övliya Çələbi

  • Fevral 23, 2026

    Rodium

  • Fevral 27, 2026

    Əbdülməcid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst