Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adolf "Adi" Dassler (3 noyabr 1900, Herzoqenaurax[d], Bavariya Krallığı – 6 sentyabr 1978, Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın

Adolf Dassler

  • Ana Səhifə
  • Vikipediya
  • Adolf Dassler

Adolf "Adi" Dassler (3 noyabr 1900, Herzoqenaurax[d], Bavariya Krallığı – 6 sentyabr 1978, Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın təsisçisi.

Adolf Dassler
Doğum tarixi 3 noyabr 1900(1900-11-03)
Doğum yeri
  • Herzoqenaurax[d], Erlanqen-Höxştadt[d], Mərkəzi Frankoniya, Bavariya Krallığı, Almaniya Reyxi[d]
Vəfat tarixi 6 sentyabr 1978(1978-09-06) (77 yaşında)
Vəfat yeri
  • Herzoqenaurax[d], Erlanqen-Höxştadt[d], Mərkəzi Frankoniya, Bavariya, Almaniya Federativ Respublikası
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti sahibkar, siyasətçi, dəb dizayneri
Partiyası
  • Alman Nasional Sosialist Fəhlə Partiyası (1933)
Mükafatları Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany Bavarian Order of Merit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pinəçi kimi fəaliyyətə başlamış, Birinci Dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu.

1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi. Berlində keçirilmiş 1936 yay Olimpiya oyunları ərzində, Dassler ABŞ idmançısı Cessi Ouensi idman ayaqqabıları ilə təmin etdi. Cessi Ouensin geyindiyi Adidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı.

1930-cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşları Nasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı. Rudolf ayaqqabıların layihəsini hazırlayar, Adolf Vermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralar Nasist partiyasından uzaqlaşdı. Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi. Rudolf, amerikan hərbi qüvvələri tərəfindən SS üzvü kimi şübhəli şəxs qismində tutuldu, məlumat guya qardaşı Adolfdan başqa heç kim tərəfindən çatdırılmamışdı.

1948-ci ildə, Rudolf qardaşı ilə yollarını ayıraraq, Puma şirkətinin əsasını qoydu və Adolf Dassler öz şirkətinin adını ləqəbinə (Adi Dassler) uyğun olaraq, Adidas adlandırdı.

1973-cü ildə, Adolf Dasslerin oğlu Horst Dassler üzgüçülük ləvazimatları istehsalı üzrə Arena şirkətinin əsasını qoydu. 1978-ci ildə Adolf Dasslerin vəfatından sonra, Horst və həyat yoldaşı Katya idarəetməni öz üzərilərinə götürdülər. Horst 9 il sonra, yəni 1987-ci ildə vəfat etdi. Adidas, 1989-cu ildə məhdud məsuliyyətli cəmiyyətə çevrildi, lakin 1995-ci ildə öz səhmlərini satana qədər ailənin mülkiyyətində qaldı.

2006-cı ildə, Herzogenaurax şəhərində Adi-Dassler-Stadionunda onun heykəlinin açılışı oldu. Bu heykəl, rəssam-heykəltaraş Jozef Tabaçnuk tərəfindən ərsəyə gətirilmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adolf Dassler haqqında məlumat. Adolf Dassler nədir? Adolf Dassler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qabarıq çoxbucaqlı

  • Fevral 27, 2026

    Yad

  • Fevral 27, 2026

    Hekate boğazı

  • Fevral 27, 2026

    Oş vilayəti

  • Fevral 23, 2026

    Kotelnı (ada)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst